II.5.Faza və nisbi keçiriciliy Neft laylarının istismarı prosesində məsaməli mühitdə çox vaxt üçfazalı, neft-qaz-su sistemi hərəkət edir. Bu səbəbdən hər fazaya görə nisbi keçiriciliyin təyini böyük əhəmiyyət kəsb edir. Neft, su və qazın birlikdə məsaməli mühitdə hərəkəti təcrübə vasitəsilə öyrənilmişdir. Bu təcrübələrin nəticələri II.3 şəklində göstərilən üçbucaq formalı faza diaqramında verilir.
Şəkil II.3. Bir-, iki- və üç fazalı axınların yayılması sahəsi 1-5 % su; 2-5 % neft; 3-5 % qaz
Üçbucağın təpə nöqtələri uyğun olaraq neft, qaz və suyun məsaməli mühitdəki miqdarının 100%-ə, hər təpə nöqtəsi qarşısındakı tərəfi isə uyğun fazanın məsamələrdəki miqdarının sıfır faizinə təvafüq edir. Üçbucağın daxilində onun hər hansı tərəfinə çəkilmiş paralel xətlər uyğun fazanın miqdarının 0-100%-i arasındakı qiymətlərinə uyğun gəlir. II.2 şəklində göstərilən l əyrisi (üçfazalı hərəkətdə suyun nisbi keçiriciliyi 0,05-ə bərabər nöqtələrin çoxlu), 2 əyrisi (üçfazalı hərəkətdə neftin nisbi keçiriciliyi 0,05-ə bərabər olan nöqtələrin çoxluğu) və 3 əyrisi (üçfazalı hərəkətdə qazın nisbi keçiriciliyi 0,05-ə bərabər olan nöqtələr çoxluğu) bir, iki və üçazalı hərəkət zonalarını ayırd edir.
II.3 şəklində göstərilən diaqramdan görünür ki, əgər məsamələrdə qazın miqdarı 0,35-dən çox olarsa, onda məsamələrdə ancaq qaz hərəkət edəcəkdir. əgər məsamələrdə qazın miqdarı 0,1-dən, neftin miqdarı 0,23-dən az olarsa, ancaq su hərəkət edəcəkdir. Hərəkət, məsamələrdə qazın miqdarı 0,18-dən, suyun miqdarı 0,35-dən az olarsa, ancaq neft hərəkət edəcəkdir.
Faza keçiriciliyinin təyin edilmə üsulları məsaməli mühitdə hərəkət edən maye və qaz qarışığının hər fazası üçün Darsi qanunun doğruluğuna əsaslanır. Təcrübələr elə təzyiqlər fərqində aparılmalıdır ki, Q-ΔP asılılığı düzxətli olsun, yəni Darsi qanununun tətbiqi mümkün olsun.
Təcrübələrin qoyuluşunda əsas çətinlik, məsaməli mühitin fazalarla doyma dərəcəsini tapmaqdan ibarətdir.
Məsaməli mühitin fazalarla doyma dərəcəsini tapmaq üçün müxtəlif üsullar (məsaməli mühitin elektrik keçiriciliyin ölçmə üsulu və s.) mövcuddur. Faza keçiriciliyini, bir fazanı (məsələn, nefti) digər faza ilə (məsələn, qazla) sıxışdırdıqda alınan nəticələrə görə, mədən tədqiqatlarına və məsamələrin ölçülərinə görə paylanma əyrilərinə əsasən də qiymətləndirmək olar. Bu təcrübələrin nəticələri II.4 şəklində göstərilən nisbi faza keçiriciliyi diaqramında verilir.