Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ



Yüklə 471,14 Kb.
səhifə16/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
Muhazira-Lay fizikasi.az

Cədvəl III.1

Yataqlar

Müxtəlif dərinlik intervalında (m ilə) geotermik pillə, m/°C ilə

200-250

500-1000

1000-1500

1500-2000

2000-2500

Neft Daşları

17-21

21-22

-

-

-

Qara Çuxur

10-31

31-33

33-35

35-38

38-45

Zığ

15-20

20-40

40-45

45-50

50-50

Bibi-Heybət

22-30

30-36

36-41

41-45

45-50

Lökbatan

16-33

33-40

40-45

45-50

50-50

Qum adası

15-25

25-40

40-55

55-60

60-65

Suraxanı

20-30

30-40

40-50

50-60

60-70

Buzovna-Maştağa

30-35

35-40

40-50

50-70

70-80

Gürgan, Qala

30-35

35-40

40-50

50-70

70-80

Binəqədi, Balaxanı, Sabunçu-Ramana

30-35

35-40

40-55

55-70

70-80

Pirallahı adası

30-40

40-45

40-60

60-70

70-80

Geotermik pillənin müxtəlifliyi, süxurların istilik keçirmə qabiliyyətinin müxtəlif olması, yeraltı suların hərəkəti, yer qabığının qeyri-müntəzəm soyuması və s. amillərdən asılıdır.

III.3.Süxurların çatlığı

Tədqiqatlar yolu ilə təyin edilmişdir ki, neft laylarının kollektorluq xassələri dənəciklər arasındakı boşluqlardan başqa, əhəmiyyətli dərəcədə süxurda çox miqdarda çatların olmasından da asılıdır.

Dağ süxurlarında rast gələn çatların çoxu üç səbəb nəticəsində yarana bilər:

1.Tektonik hərəkətlər nəticəsində. Yerin dərinliklərində qarışıq əməlı gəlməsi və təbəqələrin əyiilməsi nəticəsində süxur dartıldlğından onun həcmi artır və süxurda müxtəlif çatlar yaranır.

2.Aşınma prosesləri nəticəsində çökmə süxurların üst təbəqələri genişlənir və çatlar əməmələ gəlir.

3.Gillərin sıxılması nəticəsində gilli şistlərin həcminin azalması çatların yaranmasına səbəb olur. Ara təbəqələrdə süxurun həcmi azalmadıqda, şistlərin həcminin azalması çatların yaranmasına səbəb olur.

Süxurda çatların həcmi ilə müəyyən olunan məsaməliliyə çat məsaməliliyi deyilir.

Çatların çoxu çaquli istiqamətə yaxın olur. Lakin nazik təbəqəli və şistli süxurlarda üfqi istiqamətə yaxın (layın yatma istiqamətinə nisbətən) çatlar da olur.

Çatlı kollektor süxurlarının öyrənilməsi göstərir ki, neft laylarında çatların açıqlığı 10-20 mikron (0,01-0,02 mm), bəzən isə 30 mikron (0,03 mm) təşkil edir.

Çatın keçiriciliyini aşağıdakı düsturla da hesablamaq olar:

(III.4)

burada -çatın keçiriciliyi, mkm2;



-çatın enidir, mm.

Süxurda çatların olması onun keçiriciliyinin çox artmasına səbəb olur. Odur ki, özlülüyü çox olan ağır neft keçiriciliyi az olan süxurlardan süzülə bilmədiyi halda, çatlarda hərəkət edərək quyuya axır.

Çatın eni 0,1 mm olarsa, onun keçiriciliyi 0,850 mkm2 olar, halbuki neft kollektorlarının keçiriciliyi nadir hallarda 0,002-0,003 mkm2-dən çox olur.

Hazırlıq üçün suallar:

1.Layların təbii enerjisini xarakterizə edən əsas parametrləri sadalayın?

2.Neft laylarında süxurların boşluqlarını dolduran neft, su və qaz müəyyən təzyiq altında olur. Bu təzyiqə nə deyilir?

3.İstismardan əvvəlki lay təzyiqinə nə deyilir?

4.Lay təzyiqi ilə quyudibi təzyiqinin fərqinə nə deyilir?

5.Başlanğıc lay təzyiqi layın yatdığı dərinliyə bərabər su sütununun hidrostatik təzyiqindən çox olduqda ona nə deyilir?

6.Başlanğıc lay təzyiqi layın yatdığı dərinliyə bərabər su sütununun hidrostatik təzyiqindən az olduqda ona nə deyilir?

7.Qanad suyunun ağırlığı nəticəsində yaranan təzyiqə nə deyilib?

8.Yer səthindən dərinliyə getdikcə süxurlarda temperaturun 1 °C artmasına uyğun gələn dərinlik qiymətlərinə nə deyilir?




Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin