VI.2.Süxurların mexaniki xassələri
Təbii neft-qaz kollektorları müəyyən dərəcədə sementlənmiş olur. Sementlənmə dərəcəsindən asılı olaraq neft layı süxurlarını fiziki hallarına, daha doğrusu, dənəciklər arasındakı əlaqənin xarakterinə görə iki qrupa ayırmaq olar:
1)zəif sementlənmiş boş (yumşaq) süxurlar (qum, boş qum);
2)yaxşı sementlənmiş möhkəm (sıx) süxurlar (əhəhgdaşı, qumdaşı, dolomit).
Neft yataqlarının işlənməsi təcrübəsi göstərir ki, yaxşı sementlənmiş süxurlarından təşkil olunmuş neft yataqlarının istismarı zamanı, süxurların dağılması ilə əlaqədar olan çətinliklər meydana çıxmır; zəif sementlənmiş neft laylarının istismarı zamanı isə süxurlar hərəkət edən maye və qazların təsiri ilə dağıdılaraq quyuya gətirilier. Bunun nəticəsində avadanlığın qumla yeyilərək tez xərəb olması, quyuda tıxac əmələ gəldiyindən laydan quyuya maye axınının azalması və yaxud tamamilə kəsilməsi, istismar kəmərinin neft layı qarşısında zədələnməsi və i.a. kimi istismar prosesinə ciddi maneçilik törədən hallar meydana çıxır.
Yuxarıda deyilənlərdən aydın olur ki, neftçıxarma texnologiyasının bir çox məsələlərinin həll edilməsində süxurların mexaniki xassələrinin öyrənilməsinin çox böyük praktiki əhəmiyyəti vardər. Süxurun mexaniki xassələri onun elastikliyi, davamlılığı, sürüşməyə qarşı müqaviməti, şişməsi, möhkəmliyi və bərkliyi ilə xarakterizə edilir.
Dostları ilə paylaş: |