V.3.Süxurların elastiklik xassələri
İstismar prosesində layların deformasiyaya məruz qalması lay təzyiqinin azalması və ya artması (süni təsir nəticəsində) ilə izah olunur. Lay təzyiqi ( ), süxura düşən dağ təzyiqinin ( ) müəyyən qədər azaldır . Onda süxura düşən effektiv təzyiq ( ) aşağıdakı kimi tagılır:
(V.7)
İstismar prosesində lay təzyiqinin azalması ilə süxura düşəneffektiv təzyiq artır və məsamələrin həcmi azalır.
Qey etmək lazımdır ki, süxurun hissəcikləri arasında olan sementləyici maddələr, məsamələr həcminin azalmasına mənfi təsir göstərir. Lakin, məsamələrin həcminin azalmasını təyin edən əsas amil, süxura düşən effektiv təzyiqdir.
Tədqiqatlar göstərir ki, neft yataqlarında layların məsamə həcminin lay təzyiqindən asılı olaraq dəyişməsi Huk qanununa tabedir.
Məlumdur ki. Süxur nümunəsinin müumi həcmi (V), onu təşkil edən hissəciklərin həcmi ( ) ilə, məsamələrin ( ) həcminin cəminə bərabərdir. Süxur nümunəsinə düşıən orta gərginliklə süxurdakı lay təzyiqinin təsiri nəticəsində bu üç həcm dəyişəcəkdir. Ona görədə süxurun həcmi deformasiyası Huk qanununa görə üç cür sıxılma əmsalı ilə xarakterizə olunacaqdır:
(V.8)
(V.9)
(V.10)
burada , -süxur nümunəsinin, hissəciklərinin və məsamələrin, hissəciklərinin və məsamələrin həcmi sıxılma əmsalıdır. Hərtərəfli sıxılma şəraitində həcmi deformasiya -dən və pdən asılıdır. Belə ki gərginliyi, süxur nümunəsinin təzyiqi ilə süxur hissəciklərinin deformasiyasını müəyyən edir. (V.8)-(V.10) ifadələrinə görə süxur nümunəsinin məsamələri və süxur hissəciklərinin nisbi elastik deformasiyaları belə hesablanır.
(V.11)
(V.12)
(V.13)
və arasında aşağıdakı asılılığı yazmaq olar:
(V.14)
Dostları ilə paylaş: |