IV.5.Gilli süxurların neft və suyun təsirindən şişməsi
Məlumdur ki, süxurların tərkibində olan gil hissəcikləri su ilə təmasda şişir. Bunun nəticəsində məsamərəldəki keçiricikanalların ölçüləri kiçilir və süzülməyə böyük müqavimət yaranır. Bu səbəbdən həmin hadisənin öyrənilməsi vacib məsələlərdən biridir.
Müəyyən olumuşdur ki,gilin şişməsi osmotik xarakter daşıyaraq əksər hallarda məsamədəki məhlul ilə onunla təmasda olan sudakı duzların konsentrasiyaları fərqi nəticəsində baş verir. Şişmə prosesi, xüsusi sərhi böyük olan süxurun gil hissəciklərinin səthinə hidratlaşmış ionlu qatın qalınlığının artması ilə davam edir. Gilin şişməsinin intensivliyi, məsamədəki suyu kimyəvi tərkibindən, duzun konsentrasiyasından, süxurun mineraloji və qranulometrik xüsusiyyətlərindən, dəyişənionların tərkibindən, layın quruluşundan, onun daxili əlaqəsinin xarakterindən və süxurun su ilə təmas şəraitindən asılıdır. Süxurla təmasda olan suyunminerallaşma dərəcəsi azaldıqca gilin şişməsi artır.
Gilin şişmə qabliyyətini öyrənmək üçün xüsusi laboratoriya qurquları məlumdur. Belə qurğuların köməyi ilə gilin şişməsinin xarakterizə edən aşağıdakı məlumalar əldə edilir:
1) su ilə təmas nəticəsində gil nümunəsinin həcminin artması;
2) şişmiş nümunənin nəmliyi;
3) şişmə prosesində təzyiqin artması.
Gilin ifrat şişməsi nəticəsində onun möhkəmliyiazalır və gil hissəcikləri arasındakı daxili əlaqə pozulraq yumşalmağa başlayır.
Mədən müşahidələri göstərir ki, layların açılmasında quyudibi ətrafına çoxlu miqdar su daxil olduğundan, quyu divar ətrafında uçrumlar baş verir.
Gilin şişməsi nəticəsində süzülmə surətinin xətti qanunu pozulur və qeyri-xətti effektlər baş verir. Bununlada layın neft və qaz vermə əmsalı xeyli azalır. Bu səbəbdən laya vurulan suyun tərkibini elə tənzim etmək lazımdır ki, onun süxur gilləri ilə təmasında şişmə hadisəsi əmələ gəlməsin. Bu məqsədlə kimyəvi reagentlərdən istifadə edilir.
Gil hissəcikləri polyar neftlərlə də təmasda olduqda şişmə hadisəsi baş verir. Temperatur artdıqca şişmə artır. Montmorillonit gillər kaolinit gillərə nisbətən daha çox şişir. Gilin şişməsinin qarşısını alan tədbirlərin aşakr edilməsi neft və qaz yataqlarının səmərəli istismar prosesi üçün böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |