Qazli bə neftli SÜxurlarin fiZİKİ xassəLƏRİ


VI.6.Qazların istilik xassələri



Yüklə 471,14 Kb.
səhifə31/55
tarix21.02.2022
ölçüsü471,14 Kb.
#52901
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Muhazira-Lay fizikasi.az

VI.6.Qazların istilik xassələri

Qazların istilik tutumu təzyiq və temperaturdan asılıdır. Termodinamikada qazların istilik tutumu sabit təzyiqdə cp və sabit həcmdə cv təyin edilir. Bu istilik tutumları arasında aşağıdakı asılılıq məlumdur:



Bu, Mayer tənliyi adlanır. Real qazların istilik tutumu təcrübədən tapılır. Müəyyən edilmişdir ki, real qazların istilik tutumu, təzyiqdən asılı olaraq az dəyişir. Bunu praktiki olaraq nəzərə almaq olar.



Cədvəl VI.3

Qazların istilik xassələri

Komponentlər

Istilik tutumu, k Coul/kq·K





Metan

2,220

1,690

Etan

1,729

1,430

Propan

1,560

1,350

Izobutan

1,490

1,315

n-Butan

1,490

1,315

Azot

1,250

1,178

Kükürd qazı

1,323

1,192

Hava

1,241

1,172

Karbon qazı

1,200

1,156

Qazların istilik tutumları haqqında məlumat VI.3 cədvəlində verilmişdir.

Temperatur artdıqca qazların sabit həcmdəki istilik tutumu artır.

Qazların istilik xassələrindən biri də onların istilikkeçirmə əmsalıdır. Qazların istilikkeçirmə əmsalı təzyiqdən az asılıdır. Buna səbəb molekullarının sərbəst yürüş yolunun təzyiqlə tərs mütənasib olmasıdır.

VI.7.Qazların nəmliyi

Qazlar bu və ya digər dərəcədə su buxarları ilə doymuş olur. Buna qazların nəmliyi deyilir. Qazların nəmliyi, qazın tərkibindən, təzyiq və temperaturdan asılıdır. Qazların molekulyar çəkisi və temperaturu artdıqca onların nəmliyi artır, təzyiqi çoxaldıqca isə azalır. Nəmlik mütləq, nisbi və xüsusi nəmliklə, habelə nəmliyin defisiti ilə xarakterizə olunur.

Qazın vahid həcmindəki su buxarının miqdarına mütləq nəmlik deyilir. Qazın vahid çəkisinə düşən su buxarının miqdarına nəmlik defisiti deyilir. Qazın verilmiş halındakı mütləq nəmliyinin onun həmin şəraitdə su buxarı ilə doymuş halındakı mütləq nəmliyinə olan nisbətinə nisbi nəmlik deyilir.


Yüklə 471,14 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin