Cədvəl VI.4
Qazların nəmliyi
Qazlar
|
t, °C
|
,
|
t, °C
|
|
Metan
|
0
|
0,0260
|
50
|
0,032
|
n-Butan
|
0
|
0,0116
|
100
|
0,0201
|
n-Heksan
|
0
|
0,6107
|
20
|
0,0119
|
Hava
|
0
|
0,6107
|
100
|
0,0273
|
Mütləq nəmliyi tapmaq üçün müxtəlif empirik düsturlarverilmişdir, məsələn, E. V. Levıkin:
, q/nm3
Q. V. Ponomaryov isə
, q/nm3
almışdır. Burada – mütləq temperatur, °K; - təzyiq, atm; – verilmiş temperaturda su buxarının elastikliyi; – inhiraf əmsalıdır.
MÜHAZİRƏ № VII
VII.1.Neft və qazın tərkibi
Neftin atmosfer şəraitində sıxlığı 730-1060 kq/m3 arasında dəyişir. Neftin lay şəraitindəki sıxlığı onun atmosfer şəraitindəki sıxlığından temperaturun, təzyiqin və neftdə həll olan qazın hesabına az olur. Elə neftlər də məlumdur ki, onun lay şəraitindəki səxlığı 500 kq/m3 olduğu halda, atmosfer şəraitindəki sıxlığı 800 kq/sm3 alınır.
Neftdə həll olmuş qazlar sıxlığına eyni cür təsir göstərmir. Məsələn, neftdə metan, propan və etilen həll olarsa, təzyiq artdıqca onun sıxlığı azalar, azot və ya karbon qazı həll olarsa, əksinə artar. Təzyiqin qiyməti doyma təzyiqindən böyük qiymətlər aldıqda isə neftin sıxlığı çoxalır.
VII.2.Neftin özlülüyü
Neftin quyudibinə axmasına neftin özlülüyü bilavasitə böyük təsir göstərir, yəni neftin özlülüyü nə qədər az olarsa, onun quyudibinə axma sürəti də bir o qədər artır. Atmosfer şəraitində qazsız neftin özlülüyü böyük həddə dəyişir. Neftin lay şəraitində özlülüyü, miqdarından aslılı olaraq dəyişir. Belə ki, temperaturun artması ilə neftin özlülüyü azalır, neftdə qaz həll olduqda isə özlülüyü daha da azalır. Ona görə də neftin atmosfer və lay şəraitindəki özlülükləri fərqli olur. Məsələn,Bakı neft yataqlarından alınmış neftin lay şəraitindəki özlülüyü onun atmosfer şəraitindəki özlülüyündən 4 dəfə, Romaşkin nefti üçün 5,5 dəfə az olmuşdur.
Təzyiq doyma təzyiqinə qədər böyüdükdə neftin özlülüyü azalır və onun ən kiçik qiyməti doyma təzyiqində olur. Təcrübələr göstərir ki, təzyiqin doyma təzyiqindən başlayaraq artması neftin özlülüyünü artırır.
Qeyd etmək lazımdır ki, müxtəlif qazlar neftin özlülüyünə müxtəlif cür təsir göstərir. Məsələn, karbohidrogen qazlarının molekulyar çəkisi artdıqca, neftin özlülüyü də azalır. Lakin neftdə azot həll olduqda onun özlülüyü artır.
Neftin lay şəraitinə uyğun özlülüyü, yüksək təzyiqli viskozimetr vasitəsilə təyin edilir. Bu viskozimetrlərdə neftin lay nümunəsi tədqiq edilir.
Belə təcrübi məlumat olmadıqda, neftin lay şəraitindəki özlülüyünü təyin etmək üçün uzun müddət aparılan təcrübələr nəticəsində tərtib olunmuş qrafiklərdən istifadə edilir.
Dostları ilə paylaş: |