Qərbi Kaspi Universiteti
“Riyaziyyat” fənni üzrə sillabus
Fənn Kodu və adı
Semester
Kredit
İF-B03 Riyaziyyat
I
5
Fənn haqqında
Dərsin dili
Azərbaycan
Təhsil pilləsi
Bakalavr
Məqsədi
Riyaziyyatın elementləri hesablama texnikasında,
proqramlaşdırmada, iqtisadiyyatın sahələrində tətbiq
olunur. Ona görə də verilmiş istiqamətlərə uyğun
mütəxəssislər
«Riyaziyyat»
fənninin
əsaslarını
mənimsəməlidirlər.
Əldə ediləcək nəticələr
Riyaziyyatın digər fundamental elmlərlə birgə tədris
olunması tələbələrin intellektual potensialının üzrə
çıxarılmasına və müasir münasibətlər sistemində uğurla
fəaliyyət
göstərən
yaradıcı
şəxsiyyətlərin
formalaşmasına imkan yaradır
Fənn mövzuları
Mühazirə
№
Mövzular
1
Matrislər və onlar üzərində əməllər Matrislərin toplanması və çıxılması. Matrislərin
ədədə vurulması. Matrislərin hasili
2
İki və üç tərtibli determinantlar. Determinantın əsas xassələri. İki matris hasilinin
determinantı. Determinantların hesablanma qaydaları.
3
Minor və cəbri tamamlayıcılar. Determinantın sətir və sütun elementlərinə görə
ayrılışı. n-tərtibli determinantların hesablanması
4
Tərs matris. Matrislər üzərində elementar çevrilmələr.Matrisin ranqı.
5
Xətti tənliklər sistemi əsas anlayışlar. Xətti tənliklər sisteminn matris şəklində
yazılışı. Matrislər üsulu ilə xətti tənliklər sisteminin həlli.
6
Xətti tənliklər sistemi. Xətti tənliklər sisteminin həlli üsulları. Kramer üsulu. Qauss
üsulu. Kroneker- Kapelli teoremi.
7
Birdəyişənli funksiya anlayışı. Funksiyanın verilmə üsulları. Funksiyaların təsnifatı.
Monoton funksiyalar. Əsas elementar funksiyalar.
8
Funksiyanın limiti. Limitlər haqqında əsas teoremlər. Sonsuz kiçik və sonsuz böyük
kəmiyyətlər. Görkəmli limitlər.
9
Funksiyanın nöqtədə və parçada kəsilməzliyi. Kəsilməz funksiyaların əsas xassələri.
Funksiyanın kəsilməyi, kəsilmə nöqtələrinin növləri.
10
Funksiyanın
törənməsinin tərifi, onun həndəsi və fiziki mənası. Mürəkkəb və tərs
funksiyanın törəməsi. Törəmələr cədvəli.
11
Funksiyanın diferensialının tərifi. Diferensiallanan funksiyalar üçün orta qiymət
teoremləri. Funksiyanın diferensiallanan olması üçün zəruri və kafi şərtlər. Yüksək
tərtibli törəmələr.Yüksək tərtibli diferensiallar.
12
Törəmənin tətbiqi Funksiyanın artması və azalması. Zəruri və kafi şərtlər.
Funksiyanın ekstremumu. Lopital qaydası.
13
Çox dəyişənli funksiya. İkidəyişənli funksiyaların verilmə üsulları. Çoxdəyişənli
funksiyanın xüsusi və tam artımları.
14
İbtidai funksiya. Qeyri- müəyyən inteqral, onun əsas xassələri. İnteqrallar cədvəli.
Əsas inteqrallama üsulları. Bilavasitə inteqrallama. Dəyişəni əvəz etmə üsulu.
Hissə-hissə inteqrallama.
15
Müəyyən inteqral. Müəyyən inteqralın əsas xassələri. Müəyyən inteqrallar cədvəli.
Əsas inteqrallanma üsulları. Nyuton-Leybnis düsturu.