İstehsalat qəzaları və onların nəticələri.
İstehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi-texniki tərəqqinin coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və tez-tez baş verən hadisələrindəndir.
İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki əsasqrupa bölmək mümkündür.
Birinci qrup müəssisələri layihələşdirən bəzi mütəxəsislərin təhlükəsizlik texnikasının tələblərinə kifayət qədər məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex rəhbərlərinin bu tələblərin yerinə yetirilməsinəsəhlənkar münasibəti, partlayış və tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması;
İkinci qrup səbəblər isə təbiətin bütün hadisələrinin tam surətdə öyrənilməməsi ilə şərtləşir. Məsələn, bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib.
Nəticədə, elmi biliklərin bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum olmayan təbiət hadisəsi aşkar edilir.
İstehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun layihə-istahsalat qüsurlarının, onların istismarı qaydalarının və istehsalatda texnoloji proseslərin pozulması nəticəsində də baş verə bilər. Məsələn, yaşayış binalarının istismarının analizi göstərdi ki, sülh dövründə binalar aşagıdakı səbəblər üzündən sıradan çıxır:
Layihələşdirmə zamanı axtarış-araşdırma işlərinin keyfiyyətsiz aparılması və səhvlərə yol verilməməsi
İnşaat işlərinin aşağı keyfiyyətdə aparılması
İstismar qaydalarının pozulması
Digər səbəblər
Nəticələrin aradan qaldırılmasına xilasedicilərin cəlb olunmasılazım gələn iri sənaye qəzalarına sənaye və tikinti obyektlərində , dəmir yolu, hava, su nəqliyyatında, eləcə də magistral boru kəmərlərindəbaş verən qəzalar aiddir ki, bu zaman yanğınlar törəyir, sənaye və mülki tikintilərdə dağıntılar olur, atmosferin təsirli zəhərli maddələrlə çirklənməsi, torpağın və suyun səthinə xeyli neft məhsullarə və zəhərli maddələr axdığı , əhali və ətraf mühit üçün təhlükə yaratdığı ortaya çıxır. Təsərrüfat obyektlərində ən çox baş verən binaların, qurğuların, istehsalat avadanlıqlarının zədələnməsi, insanların və maddi sərvətlərin məhv olması ilə müşayiət olunan istehsalat qəzaları partlayışlardan, yanğınlardan, subasmalardan, qurğuların deformasiyaya uğraması və dağılmasından, enerji sistemi və mühəndis şəbəkələrinin sıradan çıxması , zərərli maddələrin kənara sızaraq ətraf mühiti çirkləndirməsindən ibarətdir. Bunlar çox vaxt eyni zamanda baş verir, biri digərləri ilə əlaqədar olur və bir-birini gücləndirir.
Sənaye müüəssisələrində partlayışlar adətən qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara çıxması ilə müşayət olunur. Partlayışların törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə vaxtı baş verən dağıntılara oxşayır.
Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrinində-qazın, cihazın, hazır məhsul və yarımfabrikatların; neftayırma zavodlarında- benzin buxarları və digər qarışıqların; dəyirmanlarda-unun; şəkər zavodlarında- şəkər tozunun; taxta-şalban və ağac emalı kombinatlarında-mişar tozunun və lak-boya buxarlarının partlayışlar və s. daha çox müşahidə edilir.
Bir çox ölkələrdəki kömür və filiz mədənlərindəki kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən yanğınlar, uçqunlar və s. törədir.
Məişətdə işlədilən qaz balonlarının partlayışları da tez-tez baş verir, nəticədə yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışların gücü ardıqca onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların elementlərinə təsiri mürəkkəb kompleksi ilə xarakterizə olunur: birbaşa təsir, əks olunan təsir, kənarlardan təsir, içəridən təsir, seysmik partlayış dalğasının təsiri və s. kimi. Qurğuların zəif sahələrinin modelləşdirilməsi zamanı onun elementlərinin zərbə dalğasının təsirinə müqavimətini zərbə dalğası cəbhəsindəki izafi təzyiqlə xarakterizə edilir ki, bu da ilə işarə olunur. İzafi təzyiq -dən həmçinin zərbə dalğasının təsirinə qurğu elementlərinin göstərdiyi müqavimətin universal xarakteristikası kimi, eləcə də onların dağılma və zədələnmə dərəcəsini təyin etmək üçün istifadə olunur.
Dostları ilə paylaş: |