QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə103/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   706
 

 

 




 

61

Şəkil 3.4. Bitkilərdə populyasiya strategiyasının inteqrallaşmış sxemi 



(V.T.Ovçinnikova görə , 1991) 

 

 

3.9.2. Say dinamikası faktorları.  

Müasir ekologiyada heyvanların sayının müntəzəm dəyişməsinə  məsul faktorların iki qrupa bölünməsi 

qəbul edilmişdir: orqanizmlərin sıxlığından asılı olmayan faktorlar və sıxlıqdan asılı olan faktorlar.  

Orqanizmlərin sıxlıq dərəcəsindən asılı olmayan faktorlara kompleks abiotik faktorlar daxildir, onların 

heyvanlara təsiri iqlim və hava vasitəsilə  həyata keçirilir. Bu faktorların bioloji təsiri orqanizm səviyyəsində 

təsir göstərməsi ilə  səciyyələnir, məhz buna görə  də onların təsir effekti orqanizmlərin say və  sıxlığı kimi 

spesifik populyasiyası parametrləri ilə  əlaqədar deyildir. Bu faktorların təsiri birtərəflidir: orqanizmlər onlara 

uyğunlaşa bilər, lakin onların əksinə təsir göstərmək vəziyyətində deyildir.  

İqlim faktorlarının populyasiyasının say səviyyəsinə  və onun dəyişməsi istiqamətinə  təsir effekti ilk 

növbədə təsir edən faktorun gücünün optimal ölçüdən sapması (kənara çıxması) ilə əlaqədar ölüm dərəcəsinin 

artması ilə həyata keçir. Bu zaman ölüm və yaşayıb qalma dərəcəsi orqanizmin adaptasiya olunma mümkünlüyü 

və mühitin bəzi xarakteristikasını  nəzərə alaraq yalnız təsir göstərən faktorun gücü ilə  təyin olunur: əlverişli 

şəraiti olan sığınacağın mövcüdluğu, eyni zamanda faktorların yumşaldıcı  təsiri və b. populyasiyanın sayının 

səviyyəsi (orqanizmlərin sıxlığı) onun dəyişməsinin ümumi istiqamətini müəyyən etmir. Belə ki, əgər qış şəraiti 

qeyri-adi aşağı temperatur və qar örtüyünün qalınlığının az olması ilə  fərqlənərsə, hətta qışın başlanğıc 

dövründə populyasiyanın sayı və sıxlığı yüksək olduqda belə, xırda gəmiricilərin yazda say səviyyəsi olduqca 

aşağı olacaqdır. Analoji qanunauyğunluğu qarın altında sərt  şaxtalardan yuvalarda xilas olunan toyuq 

fəsiləsindən olan meşə quşları üçün də səciyyəvidir.  

Bu faktorlar qrupu bəzi  şəraitdə,  əsas etibarilə yem şəraitinin dəyişməsi ilə, dolayısı ilə  nəsilvermənin 

dəyişməsi ilə də təsir göstərə bilər. Məs., bitkilərin vegetasiyası üçün əlverişli olan abiotik faktorların kompleksi 

fitofaq heyvanların yaxşı artmasına  şərait yaradır.  Əksinə, ot məhsulu çox aşağı olduqda və ya yemin 

əlçatmazlığı  sıxlıqdan asılı olmayaraq ölüm faizini artırır. Dırnaqlı heyvanların uzun müddət aclıqdan kütləvi 

qırılması hadisəsi də məlumdur.  

Orqanizmlərin sıxlığından asılı olmayaraq say dinamikası tsiklinin formalaşması iqlimin və hava tipinin 

çoxillik dəyişməsinin tsiklik (dövrlük) xarakteri ilə bağlıdır.  

Ümumiyyətlə, bir sıra ekoloqların fikirləri bu nəticəyə gəlməyə imkan verir ki, iqlim faktorları, şübhəsiz, 

say artımının nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər. Lakin bu faktorlarla yanaşı, say artımının 

dəyişməsi bir sıra digər faktorlarla da müəyyən olunur. Bununla yanaşı, iqlim faktorları sabit müvazinətin 

yaranmasına səbəb olmur: bu faktorlar sıxlığın dəyişməsinə cavab vermək (reaksiya vermək), yəni  əks  əlaqə 

prinsipi ilə  təsir etmək qabiliyyətinə malik deyil. Q.A.Viktorovun (1967) say dinamikasının xarakterinin 

formalaşmasında faktorların roluna əsaslanan təsnifatına əsasən meteoroloji şərait modifikasiyalaşma faktorları 

kateqoryiasına aid edir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin