apvellinq adlanır, onun əvəzinə dərinlikdən biogenlərlə zənginləşmiş su qalxır. Estuarilərin suları kənardan
biogenlərin gətirilməsi hesabına yüksək məhsuldar və zəngin olur. Y. Odum (1975) bu hadisəni autvellinq
adlandırmışdır.
Sahil zonasında Ay və Günəşin cazibə qüvvəsinin əmələ gətirdiyi qabarmaların rolu böyükdür. Onlar
qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur.
Okeanın orta duzluluğu 35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar –
kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır.
Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin
nisbəti dəyişir. Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin
mövsümləri üzrə kəskin dəyişir. Ona görə də sahil zonasında evriqal (mühitin duzluluğuna və kimyəvi
tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən)
orqanizmlər (heyvanlar) məskunlaşır.
Dostları ilə paylaş: |