Səhiyyə – qoruyucu zonası sənaye və nəqliyyat obyektlərinin ətraf yaşayış yerlərinə mənfi təsirini azalt-
maq üçün müəyyənləşdirilir.
Səhiyyə-qoruyucu zonanın təşkili ətraf mühitin çirklənməsi ilə sanitar-texniki üsullarla mübarizəni istisna
etmir və təmizləyici qurğularla təchiz olunmuş obyektlər yerləşən rayonlarda təşkil olunur.
Səhiyyə-qoruyucu zonanın ərazisində və müəssisələr arasında mövcud yaşıllıqlar saxlanmalı və onların
sahəsi daha da artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri arasında qaza-toza dözümlü ağac
cinslərindən istifadə olunmalıdır. Abşeron şəraiti üçün onlardan narıncı maklüra, daryarpaq iydə, xırdayarpaq
qarağac, yapon saforası, yaşıl göyrüş, lələk, amerika ağcaqayını, kanada qovağı, şərq səlbi, oleandr, tobira pit-
tosporumu, yulğun və s. göstərmək olar.
Sənaye obyektlərinin yaşıllıqlarındakı meyvə-giləmeyvə ağac və kolların meyvə və giləmeyvələrindən
yalnız müəyyən təcrübələr apararaq ayrılan maddələrin bitkilərdə toplanmasını təyin etdikdən sonra istifadə
etmək olar. Belə ki, alüminium zavodunun tüstü atılan zonasında otarılan inəklərin südündə xeyli miqdarda
flüor aşkar edilmişdir.
Dostları ilə paylaş: |