urbanizasiya landşaftı da adlandırılır.
Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması
müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir.
Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat,
şəhərətrafı ərazi.
Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman
və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır.
Yaşayış zonası küləkdöyən tərəfdən (üstünlük təşkil edən küləklər), həmçinin zərərli maddələrin mənbəyi
olan sənaye və kənd təsərrüfatı sahələrindən çay axarı boyu (yuxarı) salınır.
Şəhərlərin canlı zona ərazisinin əsas struktur elementi mikrorayonlar sayılır. Mikrorayonların daxilində
yaşayış binalarından başqa ilkin xidməti idarələr və müəssisələr də yerləşdirilir. Mikrorayonların ərazisi magi-
stral yollar və yaşayış binaları ilə kəsişir.
Böyük və çox böyük şəhərlərdə əhalinin cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və əhalinin
sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının çoxalması xidməti müəssisələrin (o cümlədən
məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış
ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və
kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir.
16 və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə binalara Bakı
134
şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.
Yüksək binalar şəhərin nəqliyyat problemini daha da kəskinləşdirir. Belə ki, şəhərin mərkəzi hissəsində in-
zibati binaların sayı da artır, iş yerindən uzaqda yaşayan işçilərin iş yerinə gəlməsi də problem yaradır.
Gigiyena mütəxəssisləri, inşaatçılar, iqtisadçılar, sosiologiya və estetika sahəsinin mütəxəssislərinin birgə
səyi ilə gələcəkdə hazırladığı layihələr şəhərimizdə həyat tərzinin pisləşməsinə deyil, yaxşılaşmasına zəmin
yaratmalıdır.
Sənaye zonası. Bu zonanın ərazisində müxtəlif sahələrin sənaye obyektləri (metallurgiya, kimya,
maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas
mənbə sayılır.
Dostları ilə paylaş: |