XII FƏSİL
KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Hələ XVI əsrdə
Parasels qeyd etmişdir ki, bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin
edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.)
misalında aydın görmək olar. Bu göstərilən maddələrin orqanizmə kifayət qədər daxil olmaması anemiya, kar-
diomiopatiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki
(zəhərlilik) effekt yaradır.
Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o
cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil
edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaq-
la) istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutu-
lur.
Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir:
•
Pestisidlər: aldrin, xlordan, DDT, dieldrin, eldrin, heptaxlor, mireks, toksafen, heksaxlorsikloheksan
(lindan);
•
Dostları ilə paylaş: |