Formaldehid, qarışqa aldehidi (CH
2
O) – kəskin iyli rəngsiz qazdır. Formaldehidin emissiya mənbələri
kimyəvi və metallurgiya zavodları, tikinti materialları və polimerlər istehsalı, mebel fabrikləri, avtomobil
nəqliyyatının işlənmiş qazları hesab olunur.
Yeni tikilmiş mənzillərdə formaldehidin miqdarı 160-240 mkq/m
3
-a çatır və yüksək konsentrasiya bir neçə
il ərzində qalır. Daima siqaret çəkilən mənzillərdə formaldehidin miqdarı 100 mkq/m
3
-a çatır.
Formaldehidin insan orqanizminə sutkalıq daxil olması atmosfer havası ilə – 0,02; yaşayış və ictimai
binalarından – 0,5-2,0; su ilə 0,2; qida ilə – 1,5-14; 20 ədəd çəkilən siqaretlə – 1,0 mq təşkil edir. Formaldehid
ümumi toksik təsirli olub, qıcıqlandırıcı, allergik, mutagen və konserogen (2A qrupu) təsirə malikdir. O, digər
kimyəvi konserogenlərin, qismən benz(a)pirenin əmələ gətirdiyi konserogenezi gücləndirir.
Dostları ilə paylaş: |