QəRİb məMMƏdov, mahmud xəLİlov


Ətraf mühitdə qurğuşunun miqdarı



Yüklə 4,26 Mb.
səhifə324/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   320   321   322   323   324   325   326   327   ...   706
Ətraf mühitdə qurğuşunun miqdarı. Hazırda praktiki olaraq ətraf mühitin bütün komponentləri 

qurğuşunla çirklənməyə  məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, torpaqda və 

qida məhsullarında da rast gəlinir. 

Qurğuşun  içməli suya polivinilxlorid məmulatlarından istifadə etməklə  əlaqədar daxil ola bilər, bura 

tərkibində iki və üç əsaslı qurğuşun-sulfat, ikiəsaslı qruğuşun-stearat və birəsaslı qurğuşun-karbonat olan 

stabilizatorlar aiddir. İzafi miqdarda qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın yerləşən 

yaşayış məntəqələrində daxil ola bilər.  

Əlvan metallar istehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 1000-2000 mq/kq-a çata 

bilər. Torpağın qurğuşunla yüksək səviyyədə çirklənməsi, xüsusilə, qurğuşun  əridilməsi və qurğuşuntərkibli 

akkumulyatorlar istehsal edən müəssisələr yerləşən  şəhərlərdə müşahidə olunur. Rusiyada belə  şəhərlərdən 

Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski, Novosibirski, Kursk, Sibirsk, Podolski (Moskva 

vilayəti), Sankt-Peterburq (akkumulyator istehsal edən yaşayış rayonunun yaxınlığında) və b. göstərmək olar.  

Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən  şəhərlərdə sahə  kənd təsərrüfatı  məhsulları üçün istifadə 

olunduqda təbii ki, qurğuşun qida məhsuluna keçir. Məsələn, Uralın Karabaş adlanan kiçik şəhərində 

(Çelyabinsk vilayəti) misəridən zavod 1910-cu ildən etibarən işləyir, qabaqlar qurğuşun tullantıları ildə 2 min 

tona çatırdı. Hazırda havanın çirklənməsi xeyli aşağı olsa da, torpağın çirklənmə səviyyəsi son dərəcə yüksək 

olub, 1500-2000 mq/kq-a çatır. Belə torpaqda becərilən tərəvəzin tərkibində qurğuşunun miqdarı 1,5-2,5 mq/kq 

təşkil edir (YVK isə 0,5 mq/kq-dır). Digər metallurgiya istehsalı yerləşən Belovo-Kemerovsk vilayətinin 

şəhərlərində kartof və tərəvəzin tərkibində YVK-dan 70-90% artıq qurğuşun müşahidə edilir.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin