Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri ən qədim zamanlardan məlumdur. Qədim
Romada qurğuşun bahalı qabların hazırlanmasında, şərab istehsalında, su kəməri borularında istifadə edilirdi.
Bunun nəticəsində romalılar qurğuşunla zəhərlənmədən əziyyət çəkirdilər, bunu Roma zadəganlarının
sümüklərində qurğuşunun yüksək səviyyədə olması təsdiq edir. Qədim Romanın zəifləməsi (dağılması)
səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki zəhərlənməsi rəvayəti mövcuddur.
İnsan orqanizminə qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 2-25%-ə qədəri isə
atmosfer havasından daxil olur. Siqaret çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun qəbul edir.
ÜST insan orqanizminə həftə ərzində daxil olacaq normativ miqdarını onun bədəninin kütləsinin 0,05 mq/kq,
FAO isə 3 mq/kq (04 mq/sutka) qədər müəyyənləşdirir.
Qeyri-üzvi qurğuşun respirator (nəfəs) və mədə-bağırsaq traktından keçdikdə orqanizm tərəfindən sorulur.
Qana daxil olan qurğuşunun hamısı eritrositlər tərəfindən absorbsiya olunur və sümüklərdə toplanır.
Qurğuşunun sümüklərdən yarımtəmizlənməsi 27 il davam edir.
Bir çox tədqiqatların məlumatına əsasən müasir insanın orqanizmində qurğuşunun miqdarı bizim
əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə artıqdır. Həm də hazırda dırnaqlarda toplanan qurğuşunun
miqdarı bizim eradan əvvəlki insanlara nisbətən 7 dəfə, IV-XVIII əsrlərdə yaşayan insanlara nisbətən isə 2-5
dəfə çoxdur. Qrenlandiya, Antarktida buz laylarındakı qurğuşunun miqdarının öyrənilməsi göstərdi ki, son 3
min ildə atmosferdə onun konsentrasiyası 100 dəfə artmışdır.
Qurğuşunun yüksək konsentrasiyası reproduktiv, əsəb (sinir), ürək-damar, immunitet və endokrin
sistemlərinin dəyişməsinə səbəb olur. Onun toksiki təsiri böyrəklərin funksional vəziyyətinin dəyişməsində,
hemoqlabinin əsası – hemanın sintezində, oksidləşmə metabolizmin proseslərində və mübadilə enerjisində
təzahür edir.
Dostları ilə paylaş: |