180
PXB-in təsirinə məruz qalmasını müəyyən etmənin nəticələri aşkar olunmuşdur:
- PXB ilə qadınların çirklənmiş düyüdən istifadə etməsi nəticəsində ölü doğulan uşaqlar və uşaqlarda ölüm
hadisəsi artmışdır.
- Tərkibində yüksək miqdarda PXB olan balıqla qidalanan anaların uşaqları azçəkili olmuşdur (ABŞ, Miçi-
qan ştatı); İsveçin Baltikyanı sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarı müqayisə qrupuna
nisbətən 30% çox olmuşdur.
- Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə qüsurlarla doğulur.
MAİR PXB-ni 2A qrupuna, ABŞ-ın ətraf mühitin mühafizəsi Agentliyi isə insanda kanserogen ehtimalı
qrupuna aid etmişdir.
Epidemioloji tədqiqatların nəticələrinə əsasən PXB-in təsiri ilə dəridə melanomanın, qaraciyərdə xərçəng
xəstəliyinin, mədə-bağırsaq traktında (yolunda) şişlərin, digər bədxassəli yeni törəmələrin əmələ gəlməsi
arasında əlaqəlik müəyyən edilmişdir. Əsasən müayinə kondensator istehsalı fəhlələrində aparılmışdır.
Suyu PXB ilə çirklənmiş Miçiqan gölündə tutulmuş balıqla qidalanan anaların uşaqlarında əqli (zehni)
göstəricilərin aşağı olması müşahidə olunmuşdur (J.Jacobson, S.Yacobson, 1996).
Dostları ilə paylaş: