QəRİb məMMƏdov, mahmud xəLİlov


 Digər xlor-üzvi pestisidlər



Yüklə 4,26 Mb.
səhifə364/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   360   361   362   363   364   365   366   367   ...   706
 

12.2.4. Digər xlor-üzvi pestisidlər 

Dieldrin də aldrin, heptaxlor, xlordan və toksafen kimi politsiklik qeyri-aromatik birləşmələrə aiddir. On-

lardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də ef-

fektli və daha davamlıdır. Həşəratlarda DDT-yə qarşı davamlılıq yarandıqda, dieldrindən istifadə olunurdu. 

1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi. 

Lakin dieldrini təsirindən digər həşəratlar, kiçik kərtənkələlər və pişiklər də  məhv olurdu. Bu isə siçovulların 

çoxalmasına imkan yaradaraq taun xəstəliyinin  əmələ  gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə 

olunması bütün dövlətlərdə qadağan edilmişdir. Lakin olduqca davamlı olduğu üçün o, əhalinin və 

ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.  



Aldrin yüksək davamlılığı və toplanması ilə fərqlənir. Onu süddə, toxumalarda və insanların qanında aşkar 

etmək olar. O, məməlilər, quşlar, balıqlar, xərçəngkimilər və molyusklar üçün tokisiki hesab olunur. 1972-ci 

ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.  

Heptaxlor – torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. Onunla həm də qarğıdalı və şəkər 

çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər canlı 

orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu ilkin maddədən daha toksik sayılır. 

1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.    



Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və 

kolarada böcəyinə qarşı istifadə olunmuşdur. O, 1960-1970-ci illərdə ABŞ-da, xüsusilə  cənub  ştatlarında 

pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada 

yayılma qabiliyyətinə malikdir. Ona görə  də onu hətta  əvvəllər istifadə edilmədiyi yerlərin havasında və 

torpağında da aşkar etmək olar. İnsanın orqanizminə toksofen əsasən balıqla daxil olur. Balıqla qidalanan adam-

lar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlandiya, Nider-

land qadınlarının südündə (68 mq/kq yağda) aşkar olunmuşdur. SSRİ-də toksafendən istifadə qadağan 

olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən etibarən bütün dünyada toksafendən 

istifadə olunması qadağandır.  

Xlordan – Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. Davamlı olduğundan və 

bioakkumulyativliyinə görə istifadəsi qadağan olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar edi-

lir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin