QəRİb məMMƏdov, mahmud xəLİlov


 Politsiklik aromatik karbohidrogenlər (PAK)



Yüklə 4,26 Mb.
səhifə366/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   362   363   364   365   366   367   368   369   ...   706
12.2.5. Politsiklik aromatik karbohidrogenlər (PAK) 

Benz(a)piren PAK-ın tipik nümayəndəsi sayılır. Kanserogen xassəsinə görə bu maddə 2A qrupuna aiddir. 

Əhalinin ümumi qrupu üçün benz(a)pirenin insanın orqanizminə daxil olan orta sutkalıq miqdarı aşağıdakı ki-

midir: hava ilə 0,009-0,043 mkq, su ilə – 0,0011 mkq, qida məhsulları ilə – 0,16-1,60 mkq, bir qutu siqaret 

çəkdikdə – 2-5 mkq. Benz(a)pirenin konserogen effekti mürəkkəb tərkibli digər kimyəvi məhsullarla (his, 

qətran, yağlar) qiymətləndirilir.  

Daş kömür qətranı və bir neçə mineral yağların peşə təsiri insanlarda müxtəlif xərçəng xəstəliklərini (dəri, 

ağciyər, sidik kisəsi, bağırsaqda xərçəng xəstəliyi daxil olmaqla) məhdudlaşdırır. Bu məhsulların konserogen 

təsiri banz(a)pirenin iştirakı ilə təzahür edilir.  

Benz(a)pirenin mənbəyi energetik qurğular, nəqliyyat hesab olunur; o, praktiki olaraq bütün yanacaq 

materiallarının yanması nəticəsində əmələ gəlir. Sənaye müəssisələri arasında benz(a)pirenin atılması üzrə bi-

rinci yeri alüminium zavodları  və texniki karbonun istehsalı müəssisəsi tutur. Təxmini hesablamalara görə il 

ərzində dünyada ətraf mühitə atılan benz(a)pirenin miqdarı 5000 ton təşkil edir, o cümlədən ABŞ-ın payına 

1300 ton düşür. Avropa ölkələrində nəqliyyatın payına atılan ümumi benz(a)pirenin 9%-i düşür.  

Rusiyanın  əksəriyyət sənaye mərkəzlərində havada benz(a)pirenin konsentrasiyası orta sutkalıq YVK (1 

nq/m


-

3) 2-3 dəfə, ayrı-ayrı aylarda (bir qayda olaraq qışda isitmə dövründə) 5-15 dəfə keçir. Bu maddənin 

böyük miqdarı Krasnoyarsk, Bratsk və Novokuznetsk alüminium əritmə zavodlarından daxil olur. Rusiyada orta 

hesabla 25 şəhərdə benz(a)pirenin atmosfer havasında miqdarı 3 nq/m

-3

 səviyyəni keçir. ABŞ-ın ətraf mühitin 



mühafizəsi Agentliyinin verdiyi qiymətə görə 7 nq/m

3

 konsentrasiyalı benz(a)pirenin təsirilə 1 mln. əhali hesabı 



ilə  əlavə 9 ağciyər xəstəliyi baş verir. ABŞ-ın müxtəlif  ştatlarında havada benz(a)pirenin illik normativi 0,3-

1,1nq/m


3

 təşkil edir.  

Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər insan məruz qalır, o cümlədən 3 

nq/m


-3

 konsentrasiyalı uzun müddətli təsirə  məruz qalanların 10 mln.-da ağciyər xəstəliyinin baş verməsi 

ehtimalının tezliyi yüksəkdir.  

Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar bir sıra sənaye şəhərlərində ağciyər 

xərçəngi xəstəliyindən ölənlərin sayı artır.  İri poladəridən istehsalı yerləşən Rusiyanın Krivoy-Roq şəhərində 

atmosfer havasında benz(a)pirenin konsentrasiyası  3 nq/m

-3

-dən artıq olduğundan ağciyərin xərçəngi 



xəstəliyindən ölənlərin sayı xeyli yüksəkdir. Havada benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye 

şəhərlərində həm kişilərdə, həm də qadınlarda tənəffüs yollarında bədxassəli şişlərin olması ilə əlaqədar ölümün 

sayının yüksək olması  aşkar edilmişdir. Bura alüminium və poladəridən zavodlar (Sverdlov vilayəti) və 

neftayırma sənayesi (Ufa, Sterlitamak və  İşim), nikel istehsalı (Yuxarı Ufaley, Rey, Norilsk və b.) zavodları 

daxildir. Maqnitoqorskda hava hövzəsində benz(a)pirenin orta konsentrasiyası YVK-nı 9,4-12,1 dəfə (9,4-

12,1nq/m


3

)artıqdır. V.S.Koşkinanın (1998) məlumatına görə bu şəhərdə ağciyər xərçəngi xəstəliyinin göstəricisi 

kişilərdə 1,5 dəfə yüksəkdir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin