suları ilə və əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass, partlayıcı
maddələr, ionmübadilə qətranı, lak, boyalar və süni dəri istehsalı müəssisələrindən daxil olur. O, nəqliyyatın
buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan bitkiyə trans-
arasında dəyişir. Havada daha yüksək konsentrasiya
Rusiyada atmosferdə benzolun yüksək konsentrasiyasına 2 mln., o cümlədən 50-70 mkq/m
səviyyəsinə isə 1,3 mln. adam məruz qalır. ABŞ-da benzolun 32 mkq/m
konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz qalır.
təsirə malikdir. Xroniki benzol intoksikasiya müşahidə olunan işçilərdə ən çox qanın və qanəmələgətirən
orqanların, nisbətən az dərəcədə isə sinir sisteminin zədələnməsi baş verir. Sinir simptomatikası çox vaxt hema-
185
toloji dəyişkənliyin ağırlaşmasına (leykopeniya, trombositopeniya) səbəb olur Benzolun uzun müddətli yüksək
konsentrasiyada təsiri (0,6-40,0 mq/m
-3
) xromosom aberrasiyasının böyməsinə səbəb olur.
Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında
səbəb əlaqəsi aşkar edilmişdir. Çində 233 istehsalatda benzolla təmasda olan 28460 fəhlədən 30-da leykoz (23-ü
kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan fəhlələrdə
isə (28257 nəfər) leykositlə xəstələnən cəmi 4 hadisə qeydə alınmışdır. Birinci qrupda il ərzində 100000 adam
hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.
Benzol içməli suya su təchizatı mənbəyinin çirkab suları ilə çirklənməsi nəticəsində, həmçinin suyu
təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər. İçməli suda benzolun YVK-sı (zərərliyin
səhiyyə-toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.
Səth sularında toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik
təsirli zəhər olub kəskin və xroniki zəhərlənməyə səbəb olur. Bəzi müəlliflərlə görə toluolla az dozada uzun
müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun
zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş
qabiliyyətini aşağı salır. Lipidlərdə və yağlarda yüksək dərəcədə həll olduğundan əksər hallarda mərkəzi sinir
sistemində toplanır.
Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.
İçməli suya ksilollar əksər hallarda neftayırma müəssisələrinin çirkab suları ilə çirklənmiş su
mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar
qrunt sularında uzun müddət qala bilir. Ksilollar qıcıqlandırıcı və embriotrop təsirə malikdir, reproduksiya
proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır.