preparatların qarışığı ilə buğda, çovdar, qarabaşaq, soya və digər taxıl bitkilərinin xəstəliklərinə qarşı onların
toxumlarının dərmanlanmasında istifadə olunmuşdur. Qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası sonun-
cu həlqələrdə kəskin artır. HXB ilə bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir.
Bu, ekoloji-epidemioloji tədqiqatların pestisidlərdən intensiv istifadə olunan rayonlarda «hadisə-nəzarət» meto-
du ilə müəyyən olunmuşdur. Belə risk faktorlarının qiyməti ananın pestisidlərlə peşə təmasında – (OP 1,7),
edilmişdir.
Xlor-üzvi pestisidlərdən geniş istifadə olunduqda uşaqların sağlamlığında ciddi nəticələrə səbəb olur.
Qadınların reproduktiv sağlamlığına təsiri Ataniyazova (1996) tərəfindən Aral regionunda müəyyən edilmişdir.
184
Qazaxıstanda pambıq tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) istifadə edilməsi də qadınlarda
reproduktiv pozuntulara səbəb olmuşdur (K.Hooperetal, 1999).
Xlor-üzvi birləşmələrdən uzun müddət istifadə olunması nəticəsində Rusiyanın cənub regionlarında ətraf
mühit və qida məhsulları xeyli çirklənmişdir. Burada anaların südündə xlor-üzvi pestisidlərin konsentrasiyası
0,001 və 0,067 mq/l arasında tərəddüd edir.
Dostları ilə paylaş: