16.6.1. Buzların (buzlaqların) əriməsi
Buzların əriməsi qlobal istiləşmənin nəticələrinin ən çox nəzərə çarpan təzahürüdür. Bəzən bu, qeyri adi
hadisələrlə üzləşir. Belə ki, 1991-ci ilin sonunda cənub-qərbi Alpa səyahət edən turistlər Avstriya-İtaliya sərhədi
rayonunda buzun altında zədələnməyə məruz qalmış kişi cəsədi aşkar etmişlər. Ehtimal ki, bu insanı 5000 il
əvvəl bu ərazidə qar tufanı yaxalamış, onun bədəni tez bir vaxtda qar və buzla örtülmüş, ona görə də bizim
dövrümüzə qədər qalmışdır. 1999-cu ildə Kanadanın qərb hissəsində əriyən Yukone buzlağında bir insan
cəsədinə rast gəlinmişdir (Laster P. Braun. Ekoekonomika, M., 2003, səh. 61).
Şimal Buzlu Okeanında hazırda buzlar sürətlə əriyir. Hələ 1960-cı ildə buzun qalınlığı 2 metrə çatırdı, indi
isə 1 metrə yaxındır. Son dörd onilliklərdə buz lövhəsinin qalınlığı 42% qısalmış, onun sahəsi 6% azalmışdır.
Bunun nəticəsində Şimal Buzlu Okeanında buzun kütləsi bütövlükdə təxminən yarıya qədər azalmışdır.
Buzların belə əriməsi gələcəkdə də gözlənilir. Norveç alimlərinin apardığı tədqiqatlara əsasən güman etmək olar
ki, 50 ildən sonra Şimal Buzlu Okeanının səthi yay dövründə buzdan azad olacaqdır.
2000-ci ildə dörd Amerika alimi «Sayenz» jurnalında nəşr etdikləri məqalədə göstərir ki, Qrenlandiyada
geniş buz lövhəsi (sipəri) əriməyə başlayır. Qrenlandiyada qütb dairəsinin arxasında yerləşən böyük ərazi şimal
yüksəkliklərdə buz artmaqda davam edir, lakin ondan aşağıda yerləşən buzlağın daha böyük hissəsi, xüsusilə
cənub və şərq sahlillərində itir.
Antarktida yarımadası (və ya Qreyama torpağı – Antarktidanın ərazisində olub, şimala, cənubi Amerikaya
doğru 1200 km uzanır) da buzlarını itirir. Şimal Buzlu Okeanını örtən şimal qütbündən fərqli olaraq cənub
qütbü materikdə yerləşərək sahəsi ABŞ-ın sahəsinə yaxındır. Antarktikanın buz lövhəsinin qalınlığı 2,3 km olub
nisbətən sabitdir (möhkəmdir). Lakin şelf buzlaqları, sərbəst olaraq yanındakı dənizə düşərək, hazırda sürətlə
yoxa çıxır.
1999-cu ildə Britaniya və Amerika alimlərindən bir qrupu Antraktida yarımadasının hər tərəfindən şelf
buzlaqlarının geri çəkilməsi haqqında məlumat vermişlər. 1950-ci ildən 1997-ci ilə kimi buzlaqların sahəsi
7000 kv.km azalmışdır. Şelfdən ayrılıb qopan Amerikanın Delaver Ştatı ölçüsündə olan aysberqlər bu rayonda
gəmiçilik üçün böyük təhlükə yaradır. Tədqiqatçılar buzların əriməsi səbəbini yerli temperaturun 1940-cı ilə
nisbətən 2,5
0
yüksəlməsində görürlər.
Buzların əriməsi haqda bu misallar azdır. «Worldwatch» İnstitutundan Layza Mastni bu mövzu üzrə yerinə
yetirdiyi 30 tədqiqat işini təhlil edərək, məlumat verir ki, dağlarda buzlaqlar hər yerdə getdikcə artan sürətlə
əriyir (cədvəl 16.1). Dünyanın iri dağ sistemlərinin əksəriyyətində qarın və buzların kütləsi getdikcə azalır. Bun-
lardan Qayalı dağları, And, Alp və Himalayı göstərmək olar.
Dostları ilə paylaş: |