16.6.5. Ehtimal olunan iqlim dəyişməsinin ssenarisi
İqlimin qlobal dəyişməsi problemi olduqca mürəkkəb və bəşəriyyət birliyi üçün əhəmiyyətli olduğundan
onun tədqiqi ilə bir sıra ölkələrdə böyük elmi kollektivlər, beynəlxalq təşkilatlar və xüsusi təşkil olunmuş qrup-
lar məşğul olur. Belə ki, 1988-ci ildə Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) və BMT-nin ətraf mühit üzrə
Proqramı (YUNEP) tərəfindən iqlimin dəyişməsi üzrə Beynəlxalq ekspert qrupu (İD BEQ) təsis edildi, işçi qru-
punun birinə Rusiya Elmlər Akademiyasının akademiki Y.A.İzrael başçılıq edir. Qrupun tərkibinə bir çox
ölkələrin aparıcı alimləri (o cümlədən Rusiyadan professor O.D.Sirotenko və b.) daxil edildi.
Dünya alimləri tərəfindən antropogen faktorlar – insanın artan təsərrüfat fəaliyyəti, həmçinin müxtəlif
miqyaslı hərbi münaqişələrin təsiri ilə yerin iqliminin dəyişməsi ehtimalı üzrə onlarla müxtəlif ssenarilər işlənib
hazırlandı. Yuxarıda qeyd olunduğu kimi, geoloji epoxalarda Yerin iqlimi təbii səbəblərin təsirindən dəfələrlə
dəyişmişdir. Keçmiş epoxaların paleoiqlimini öyrənərkən Rusiya alimləri göstərdi ki, gələcəkdə yerdə müşahidə
olunacaq iqlim şəraitinin formalaşması bəzi keçmiş epoxaların iqliminə uyğun olacağı ehtimal edilir. Bu hipote-
zin əsasını ayrı-ayrı geoloji epoxalarda atmosferin qaz vəziyyətinin qiymətləndirilməsi və yaxın 100 ildə CO
2
,
metan və digər qazların konsentrasiyasının gözlənilən dəyişməsi durur. Belə yanaşma paleoiqlim ssenarisi
adlandırılır.
İqlim nəzəriyyəsinin bir çox digər ssenariləri iqlim modelləri üzrə hazırlanmış hesablamalara əsaslanır, bu-
rada atmosferə atılacaq CO
2
, metan, inert qazlar, freonlar və s.-nin müəyyən vaxtlarda miqdarı nəzərə alınır.
Misal üçün 2030-cu ilə iqlim şəraitinin (havanın temperaturu, yağıntıların miqdarı) üç ssenari üzrə gözlənilən
dəyişmə fraqmentini göstərək. Onlardan ikisi – ABŞ (GFDL) və Kanada (CCC) – arid, Rusiyanın ssenarisi –
Dostları ilə paylaş: |