Şəkil 16.10. Dəniz səviyyəsinin 1 m qalxması
Banqladeşdə çəltik istehsalını yarıya qədər azaldır
Marşal yarımadalarının üçdə ikisi və Kiribati su altında qalacaqdır. ABŞ-da 36000 kv. km quru sahəsi su ilə
basılacaqdır. Bu zaman Atlantik okeanının orta hissəsində və Meksika körfəzi yanında yerləşən ştatlar daha
böyük itkilər verəcəkdir. Nyu-Yorkda cənubi Manxettenini və Vaşinqtonda Kapitoli ekslanadasının böyük
hissəsini 50 ildən sonra su basacaqdır. Suyun səviyyəsi 1 m qalxarsa, Yaponiyada ölkənin 2340 kv. km-i su
altında qalacaqdır. Bu zaman 40 mln. yapon əhalisi ziyan çəkəcək, onların bir hissəsi öz evlərini atıb köçməyə
məcbur olacaqdır.
Dənizin səviyyəsi yarım metr qalxarsa, ABŞ-da əhali 20-dən 150 milyard dollara qədər ziyan çəkəcəkdir.
Sahilyanı rayonlarda olan atom elektrik stansiyaları kimi daşınmaz əmlaklar tədricən sığorta oluna bilməyən
obyektlərə çevriləcəkdir.
Planetimizdə buzların 90%-i Antarktika buz laylarının payına düşür və qeyd edildiyi kimi,öz böyük ölçüsü
sayəsində nisbətən sabitdir. Qalan 10%-i Qrenlandiya və dağ buzlaqları olub iqlimin dəyişməsinə qarşı daha
zəifdir (davamsızdır). Qrenlandiyada buzun qalınlığı bəzi yerdə 2 km-ə çatır. «Sayenz» jurnalındakı məqalədə
NASA-nın alimlərinin hesablamalarına görə əgər Qrenlandiya buz örtüyü tam əriyərsə, Dünya okeanının
səviyyəsi sarsıdıcı hündürlükdə – 7 m qalxacaqdır.
Sivilizasiyanın bütün tarixi boyu dənizin səviyyəsi zəmanəmizdə olduğu kimi, ölçülməsi mümkün olacaq
sürətlə qalxmamışdır. Bu vəziyyət davam edərsə, səviyyənin belə qalxma dinamikası davam edəcəkdir. Bu isə
bəşəriyyətin indiyə qədər rastlaşdığı hadisəyə qarşı gələcək nəsil qarşısında ciddi məsuliyyət daşımaq məsələsini
qoyur.
Dostları ilə paylaş: |