QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə460/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   456   457   458   459   460   461   462   463   ...   706
 

 

16.6.4. İqlimin istiləşməsinin kənd təsərrüfatına və  

bitki örtüyünə təsiri 

İqlimin dəiyşməsi aqroekosistemlərə ciddi təsir göstərəcəkdir. Bu kənd təsərrüfatının yeni şəraitə 

uyğunlaşdırılması üzrə təcili tədbirlərin görülməsini tələb edir.  

İqlim şəraitinin aqrosistemlərə təsiri olduqca mürəkkəb və müxtəlif olacaqdır. Nisbətən soyuq və rütubətli 

iqlimə malik olan əkinçilik istiliklə limitlənən rayonlarda (Kanada, Rusiya) aqroiqlim şəraitinin kənd təsərrüfatı 

və meyvə bitkilərinin yetişdirilməsi üçün yumşalması baş verəcək, vegetasiya dövrünün uzanması  və kifayət 

qədər rütubətlə  təmin olunmuş  şəraitdə aktiv temperatur cəminin artması ilə  əlaqədar məhsuldarlıq da xeyli 

yüksək və sabit olacaqdır. Aqroiqlim şəraitinin belə dəyişməsi əkinçiliyin intensiv texnologiyasını şimala doğru 

xeyli irəli çəkməyə, kənd təsərrüfatı bitkilərinin daha istisevər və məhsuldar çeşidləri ilə əvəz edilməsinə imkan 

yaradacaqdır.  

Yuxarıda göstərilən müsbət dəyişilmələrlə yanaşı, Rusiyanın qeyri-sabit rütubət rejimli mərkəzi və cənub 

rayonlarında istiləşmə nəticəsində iqlim şəraitində mənfi dəyişilmələr də baş verəcəkdir. Yağıntıların miqdarının 

azalması, səpinlərin rütubətlə az təmin olunmasına, quraqlıqların, quru küləklərin tez-tez təkrar baş verməsinə, 

daxili su hövzələrinin və qrunt sularının səviyyəsinin  aşağı düşməsinə səbəb olacaq, şirin suyun ümumi balansı 

pisləşəcəkdir. Bütün bunlar kənd təsərrüfatı istehsalının məhsuldarlığına və bununla yanaşı, iqtisadiyyatın digər 



 

239


sahələrinə mənfi təsir göstərəcəkdir.  

Suvarma üçün suya olan tələbat, su resurslarının digər istehlakçıları (sənaye və kommunal təsərrüfatı) 

arasında güclü rəqabət yaranacaqdır. Yüksək temperatur torpağın üzvi maddələrinin təbii parçalanmasına şərait 

yaradacaqdır. Bitkilərin zərərvericiləri və xəstəliklərinin çoxalması ehtimalı artacaqdır.  

Qeyd edək ki, karbon qazının ilkin fiksasiyası mexanizminin biokimyəvi müxtəlifliyinə uyğun olaraq foto-

sintezin xarakterinə görə bitkilər 3 qrupa bölünür (C

3

, C


4

 və CAM). CAM qrupuna aid olan yeganə bitki – ana-

nas CO

2

-nin artmasına nəzərə çarpacaq reaksiya göstərmir. Yerüstü bitkilərin 95%-i C



3

 qrupuna aid edilir, bura 

kənd təsərrüfatı bitkilərinin  əksəriyyəti daxildir. CO

2

-nin konsentrasiyasının  ətraf mühitdə ikiqat artması 



əksəriyyət  ərzaq və lifli bitkilərin böyüməsi və  məhsuldarlığına müsbət təsir göstərir. C

3

 qrupu bitkilərinin 



məhsuldarlığının yüksəlməsi 10-50%, C

4

 qrupu bitkilərininki (qarğıdalı, sorqo, şəkər qamışı, darı) isə 0-10% 



təşkil edir. Yüksək en dairəsində  təbii meşələrin hamısı  və qismən boreal meşələr gələcəkdə temperaturun 

dəyişməsinə daha həssasdır.  İsti  şərait yəqin ki, boreal meşələrin azalmasına və onların sərhədlərinin  şimala 

doğru uzanmasına səbəb olacaqdır.  

Tropik və subtropik zonaların meşələri ehtimal ki, temperaturun dəyişməsindən yağıntıların dəyişməsinə 

daha çox həssaslıq göstərəcəkdir. Havanın yüksək temperaturu torpağın üzvi maddələrinin təbii parçalanmasını 

gücləndirməklə, torpağın münbitliyi aşağı düşəcək, ziyanvericilər və xəstəliklərin baş vermə ehtimalı artacaqdır.  

İnsanların sağlamlığı, energetika, nəqliyyat, sənaye və digər aspektlərin problemlərinə aid böyük 

dəyişikliklərin baş verməsi gözlənilir.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin