olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və
təbii ekosistemlərə, nəticədə isə bəşəriyyətin özünə təsiri son dərəcə təhlükəlidir.
Nüvə konfliktinin iqlim effektləri
Əgər dünyanın iri şəhərləri, xüsusilə qazıntı yanacağı növləri ilə işləyən enerji təchizatı sistemləri nüvə
zərbələrinə məruz qalarsa, iqlimin qlobal pozulması qaçılmazdır. Tam ehtimal etmək olar ki, irimiqyaslı nüvə
konflikti zamanı şəhərlərin və ətrafındakı hərbi və sənaye obyektlərinin bombardman edilməsi nəticəsində Şimal
yarımkürəsinin baş sənaye rayonları xarabazara çevriləcəkdir.
Nüvə partlayışının bilavasitə təsiri ionlaşdırıcı radiasiya, zərbə dalğası və istilik şüalanması ilə əlaqədardır.
Bunlar dərhal insanların həlak olmasına və iri şəhər böyüklüyündə bir ərazinin fəlakətli dağılması ilə nəticələnir.
Bundan başqa, nüvə partlayışları şəhərlərdə hökmən möhtəşəm yanğınlara səbəb olar və güclü tüstü cərəyanları
atmosferə külli miqdarda his (qrum) aparar.
Nüvə partlayışları Yerin səthindən havaya çoxlu miqdarda toz, müxtəlif qırıntı materialları, torpaq qaldırır.
Atmosferdə radiasiya tozunun mövcudluğu yaxın regionlarda, həm də bütün planetdə radioaktiv yağıntıların
düşməsinə gətirib çıxaracaqdır. Toz hissəcikləri atmosferin yuxarı qatlarına qalxaraq ciddi iqlim pozuntularına
səbəb olacaqdır.
Nüvə partlayışlarının təsirilə, Şimal yarımkürəsinin iri şəhərlərində yerləşən alışqan (tezalışan) materialların
dördə biri alışarsa, hesablamalara əsasən havaya təxminən 50-150 mln. ton hissəciklər düşəcək, onun da 30 mln.
tonunun tərkibində karbon olan çox qara maddə günəş şüalarını effektiv udmağa qadirdir. His hissəcikdəri ilə ən
çox doymuş tüstü neft, benzin, qara neft, həmçinin neft-kimya məhsulları- plastmass, rezin, asfaltın yanması
zamanı əmələ gəlir.
Meşə, bozqır və açıq sahələrdə baş verən yanğınlar nəticəsində əmələ gələn tüstünün tərkibində his az olur,
odur ki, onun iqlimə təsiri «sənaye» tüstüsü ilə müqayisədə ehtmal ki, ikinci dərəcəli hesab olunur.
Güclü yanğınlar zamanı tüstü qalxan (yüksələn) hava axınları ilə aparıldığından, hissəciklər troposferin 10-
15 km-lik qatına və hətta strotosferə qalxa bilər.
Bir çox halda tüstü cərəyanları aşağıda yerləşən tufanlı buludlar tərəfindən saxlanıla bilər. Xirosima və Na-
qasaki üzərindəki belə buludlar qalxan tüstüləri udaraq saxlamış, bunun nəticəsində tərkibində su ilə bərabər his,
359
toz, kül olan «qara leysan» düşməyə başlamış, bu, atom bombardmanlarından sonra bir neçə saat ərzində davam
etmişdir. Son vaxtlar aparılan tədqiqatlar nəticəsində güman edilir ki, yağıntılarla birlikdə bir neçə saat və ya bir
neçə gün ərzində, atom bombardmanı zamanı baş verən yanğınlar nəticəsində əmələ gələn hissəciklərin 30-
50%-i yerə düşür.
Qeyd edildiyi kimi, tərkibində his olan tüstü günəş işığı tərəfindən intensiv udulur. Hisin sıx buludları çox
yüksəklikdə, planetin atmosferində qarışaraq günəş enerjisinin böyük miqdarını «tutub saxlayaraq» şüalanma
yolunda keçilməz sədd yaradır. Bu, atmosferin yuxarı qatlarının qızmasına, əksinə, aşağı qatlarının soyumasına
səbəb olur. Əgər Şimal yarımkürəsinin orta dairələri rayonlarında 30 mln. ton hiss tozlanarsa, Yer səthinə çatan
günəş işığının miqdarı 90%-dən az olmayaraq azalacaqdır. Əvvəlcə his hissəcikləri nəhəng yastı «kökələr»
halında toplaşaraq, küləklə uzaq məsafələrə aparılır. Sonra isə ehtimal ki, hava kəskin dəyişərək qısamüddətli
güclü soyuqlaşma baş verir.
Nüvə parlayışından bir neçə gün ərzində atmosfer prosesləri nəticəsində səmanın təmizlənməsini ehtimal
etməyə əsas yoxdur. Yəqin ki, bir neçə sutkadan sonra troposferin yuxarı qatları stabilləşir və Günəş histərkibli
buludları qızdırır. Bunun nəticəsində his hissəcikləri bir qədər də yuxarı qalxır və oradan artıq yağışlar vasitəsilə
«yuyula» bilmir.
Bir neçə gün ərzində tüstü buludları və his hissəcikləri bir kontinentdən Şimali Amerika, Avropa və
Asiyanın böyük hissəsini örtə bilər.
Dostları ilə paylaş: |