23.1. FIRTINALAR
Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. On-
lardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti
kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi
xarakterikdir.
Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan
və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən
yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada
çınqıl və iri qum: 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər)
xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar
(Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta
Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış
gillicə); ağ fırtına – geniş şoran ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan
Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Toz-
lu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri
keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yeti-
rir.
Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur. Onlar həm
təbii, həm də antropogen faktorların təsirindən baş verir. Keçmiş SSRİ ərazisində (Ukraynanın Odessa
vilayətinin cənub-qərbində, Krımın bozqır rayonlarında, Nikolayev və Xerson vilayətinin cənubunda, şimali
Qafqazın bozqır rayonlarında, Qazaxıstanın Quryev vilayətinin Xəzəryanı, Aktyubinsk və Qızıl vilayətlərinin
Aralyanı rayonlarında və s.) ən güclü tozlu tufanlar 1892, 1928, 1960-cı illərin yazında baş vermiş, torpağın
eroziyasına (sovrulmasına), səpinlərin korlanmasına, sovrulma materiallarının yolları basmasına səbəb
olmuşdur.
Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara
güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün
olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi
rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın
sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar.
Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır.
Tozlu tufanlar ən çox yaz mövsümündə güclü küləklər əsən zaman, tarlalar şum altında olduqda və ya bitki
örtüyü orada zəif inkişaf etdikdə baş verir. Bozqırlarda yayın sonunda torpaq quruduqda və erkən yazlıq
bitkilərin məhsulu yığıldıqdan sonra torpaq şumlandıqda da tozlu tufanlar olur. Küləyin sürəti artdıqca torpağın
sovrulma intensivliyi də çoxalır. Məsələn, küləyin sürəti 12-dən 15 m/san-yə qədər yüksəldikdə torpağın so-
vrulma intensivliyi (eroziyası) 2 dəfəyə kimi artır.
Maneələrin (meşə zolağı, tikinti) yaxınlığında küləyin sürəti azaldığından daha ağır hissəciklər toplanaraq
364
torpaq yığını əmələ gətirir. Ən yüngül torpaq hissəcikləri atmosferdə asılı vəziyyətdə qalır. Ona görə də tozlu
fırtına zamanı görünüş və işıqlanma pisləşir, Günəş tozlu örtükdən çətinliklə işıqlana bilir.
Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə və
torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə tədbirlərə aşağıdakılar daxildir. Ajur tipli
meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada
kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini
artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik
səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b.
Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın
mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.
Burulğanlı fırtınaların özünəməxsus növmüxtəlifliyi – qəfil fırtınalar olub aşağıdakı xarakterik əlamətlərə malik-
dir: demək olar ki, qəfildən baş verməsi, qısa müddətli dağıdıcı gücə malik olmasıdır. Belə fırtınalar dənizdə və quru-
da baş verir, bir qayda olaraq leysan yağışlarla və dolu ilə müşayiət olunur. Moskva ətrafında 1937-ci ildə baş verən
qəfil fırtına zamanı küləyin sürəti 35 m/san-yə çatmışdır. Bu zaman möhtəşəm ağaclar kökündən çıxmış, çardaqlar
uçmuş, pəncərələr sıxılmış, havanın temperaturu 12
0
C-yə qədər aşağı düşmüşdür. Dağıntılar 100 km məsafədə də
qeydə alınmışdır.
Dostları ilə paylaş: |