23.3. ZƏLZƏLƏ
Təbii səbəblərdən (əsasən tektonik proseslərdən) və antropogen faktorların təsirindən yeraltı təkanların
yaranması və Yer səthinin tərpənməsi zəlzələ adlanır. İnsan fəaliyyəti nəticəsində süni yaranan və ya texnogen
zəlzələlər baş verir. Onların gücü nəqliyyatın hərəkəti ilə bağlı olduqda torpaq-qruntun bir qədər tərpənməsi
şəklində olur. Yeraltı nüvə partlayışı sınaqları zamanı, su anbarları yaradıldıqda, həmçinin suyun dərin qatlara
yeridilməsi (vurulması) zamanı isə nəzərə çarpacaq dərəcədə titrəyiş baş verir. Məsələn, Kolorado ştatında
(ABŞ) radioaktiv tullantılarla zəhərli suların xüsusi dərin quyulara vurulması 700-dən artıq kiçik zəlzələlərin
baş verməsinə səbəb olmuşdur (A.Allison, D.Palmer, 1984).
Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır. Yer kürəsində əsas iki seysmik qurşaq məlumdur.
Dostları ilə paylaş: |