QəRİb məMMƏdov, mahmud xəLİlov


 Texnogen ekoloji qəzaların təsiri



Yüklə 4,26 Mb.
səhifə606/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   602   603   604   605   606   607   608   609   ...   706
 

22.4. Texnogen ekoloji qəzaların təsiri 

Texniki qurğuların qəzası zamanı baş verir və  ətraf mühitdə olduqda arzuolunmayan dəyişikliklərə, bir 

qayda olaraq canlı orqanizmlərin kütləvi qırğınına və iqtisadi ziyanlara səbəb olur. Antropogen qəzaların 

ekosistemlərə təsirləri arasında xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:  

 

Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş verən qəzalar; 



 

Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqliyyatı zamanı baş verən qəzalar; 



 

Sutəmizləyici qurğularda və neft borularında baş verən qəzalar; 



 

Geniş ərazilərdə meşə yanğınları; 



 

Tankerlərin və neftçıxarma platformaların qəzaları.  



Qəzalar və fəlakətlər qəflətən baş verərək lokal xarakter daşıyır, eyni zamanda onların ekoloji nəticələri da-

ha geniş məsafələrə yayıla bilər.  

Təcrübələr göstərir ki, texnogen ekoloji qəzalar (TEQ) hətta yüksək texnoloji standartlara malik olan 

ölkələrdə də baş verə bilər və onun baş verməsi bir sıra aşağıdakı kompleks səbəblərdən ola bilər: təhlükəsizlik 




 

361


texnikasına riayət edilməməsi, insanların səhvləri, yaxud onların fəaliyyətsizliyi, müxtəlif sınmalar, təbii 

fəlakətlərin təsirindən və b. ən təhlükəli ekoloji fəlakətlər radiasiya obyektlərində (atom elektrik stansiyalarında 

nüvə yanacağı istehsal edən müssisələrdə, uran filizləri çıxarılan mədənlərdə və b.), kimya müəssisələrində, neft 

və qaz borularında, nəqliyyat sistemlərində (dəniz və dəmiryolu nəqliyyatında və s.), su anbarları bəndlərində və 

b.  

Bəşəriyyət tarixində texnogen xarakterli faciələrlə  nəticələnmiş  ən böyük qəza 1986-cı il aprelin 26-da 



Ukraynada Çernobıl AES-in dördüncü enerji blokunda baş verdi. Çernobıl faciəsinin nəticələri haqqında «Ener-

getika və ekologiya» böləsində ətraflı məlumat verilir.  

Çernobıl qəzasından  əvvəl, nüvə energetikasında  ən ağır qəza 1979-cu ildə Amerikanın Trimayl-Aylend 

AES-ində (Pensilvaniya ştatının Qarrisberq şəhərinin yaxınlığında) baş vermişdir. Reaktorun qoruycu örtüyü bu 

qəzanın ağır ekoloji nəticələrinin qarşısını alsa da, əhaliyə və ətraf təbii mühitə ciddi ekoloji ziyan dəydi. 30 km-

lik faciə zonasından bütün əhali köçürüldü.  

1957-ci il sentyabrın 29-da Çelyabinski vilayətində (Kıştım kəndinin yaxınlığında), müharibədən dərhal so-

nra atom silahı  əldə etmək məqsədilə tikilmiş müdafiə müəssisəsində böyük qəza baş verdi. Partlayış 

nəticəsində atmosferə radioaktiv məhsullar atılaraq, sonralar 15 min km

2

  əraziyə yayıldı. Tullantı 2 mln. 100 



min Kü təşkil etmişdir (Çernobıl qəzası zamanı atmosferə 50 mln. Kü atılmışdır).  

Ekoloji nəticələr baxımından kimya obyektlərində baş verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu hal-

da atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli maddələrə yoluxur. Zəhərləyici maddələr 

yüksək konsentrasiyalı olduqda, insan və heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir. Kimya 

sənayesində  ən ağır faciəli fəlakət 1984-cü il dekabrın 3-də gecə Hindistanın Bxopala şəhərinin təhlükəli 

obyektində, Amerikanın  pestisid istehsal edən «Yunion-karbayd» kompaniyasının zavodunda baş vermişdir. 

Soyuducu sisteminin və qəza təbilinin nasaz olması ilə əlaqədar iki saat ərzində rezervuardan atmosferə 40 ton-

dan artıq fosgen qarışıqlı metilizosianatın 200

0

C temperaturunda 10 atmosfer təzyiqi ilə buxarı atılmışdır. Meti-



lizosianat CH

3

NCO – güclü zəhər olub, kənd təsərrüfatı ziyanvericiləri və təhlükəli xəstəliklərin daşıyıcılarını 



məhv etmək üçün istifadə edilən pestisidlərin istehsalında aralıq məhsul hesab olunur. CH

3

NCO-nun moleku-



lyar çəkisi 57 olub, onun buxarı havadan iki dəfəyə qədər ağırdır. Gecə vaxtı havanın şaquli qarışması zəif ol-

duğundan, zəhərli buludlar əhalisi yatmış  şəhərin üzərinə çökmüşdür. Zəhərlənmə  nəticəsində 3200-dən artıq 

adam ölmüş, 30000-i isə beynindən ciddi xəsarət almasından və iflic olmasından şikəst qalmışlar. Ümumilikdə, 

qəzadan bir milyona qədər insan ziyan çəkmişdir. Fəlakətdən sonrakı  nəsillərdə  də bir sıra eybəcərliklər 

müşahidə olunmuşdur. Qəzanın baş verməsinə  təhlükəsizlik texnikasının kobud şəkildə pozulması  səbəb 

olmuşdur. Qəza vəziyyətində personalın davranış qaydaları öyrədilmədiyindən onun nəticələrini daha da 

ağırlaşdırmışdır.  

1976-cı il iyulun 10-da İtaliyanın  Sevezo  şəhərində kimya istehsalında dəhşətli qəza üz vermişdir. 

Personalın buraxdığı səhvə görə, 2,5 kq yüksək toksikliyə malik olan dioksin maddəsi (tetraxlordibenzodioksin) 

axmışdır. Məlum olduğu kimi, bu maddə kanserogen, teratogen və mutagen təsirinə malikdir. Qəza nəticəsində 

bir neçə yüz adamda ağır dəri xəstəliyi – xlorakne baş verdi, zəhərlənmiş on minə qədər heyvan kəsildi (məhv 

edildi). Ekoloq mütəxəssislərin fikrincə, dioksinin təsiri hələ iki-üç onilliklər davam edəcəkdir, belə ki, bu 

maddə uzun müddət öz toksikliyini saxlamaq qabiliyyətinə malikdir.  

Su ekosistemləri və bütövlükdə biosfer üçün neft və neft məhsullarının dənizlərə axıdılması böyük təhlükə 

hesab olunur. Neftlə doldurulmuş tonkerlərin və neft çıxarılan platformaların qəzaları  nəticəsində  dənizə 

qəflətən olduqca böyük miqdarda neft axıdılır. Bu neft su səthində yayılaraq 100 km-lərlə məsafələrə aparılır. 

Hər bir belə qəza dəniz orqanizmlərinin – planktondan tutmuş iri balıqlara, dəniz məməlilərinə qədər canlıların 

min kvadrat kilometrlərlə sahədə kütləvi qırğınına səbəb olur. Neftin dünya ixracatının yarıdan çoxu tankerlərlə 

daşınır. Hazırda dünyada 1000-dən artıq supertankerlər istismar edilir, onların hər biri 100000 tondan artıq neft 

daşıya bilir. Hər il yüzə qədər, o cümlədən 20 ağır tanker qəzaya uğrayır.  

Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə  əlaqədardır.  «Amoko-Kadis» 

tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmışdır (1978-ci ildə).  

1989-cu ildə  «Ekson-Valdes» tankerinin yolundan çıxması  və Alyaskada Prins-Ulliam körfəzində 

deşilməsi nəticəsində  dənizə 45 min ton neft axmış  və 1500 km

2

 sahilyanı  ərazinin çirklənməsinə  səbəb 



olmuşdur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   602   603   604   605   606   607   608   609   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin