kənd təsərrüfatı strukturu olduqca həssasdır. Nüvə silahlarının bilavasitə təsirindən qaçqın düşən milyardlarla
insan müharibədən sonra olduqca ağır vəziyyətə düşəcəkdir. Hər şeydən əvvəl məhsulun məhv olması,
beynəlxalq ərzaq ticarətinin pozulması, enerji sistemlərinin dağılması, həmçinin ərzaq ehtiyatının tükənməsi
360
2. Nüvə konfliktindən sonra dənli bitkilərin məhsulunun azalması və temperaturun aşağı düşməsilə əlaqədar
xeyli itirilməsi mümkündür.
3. Hətta iqlim pozuntusu olmadıqda belə, nüvə müharibəsinin nəticələri kimi – beynəlxalq ticarət
sistemlərinin və məhsul (ərzaq) nəqliyyatının sıradan çıxması, anbarların, kənd təsərrüfatı texnikasının və enerji
avadanlıqlarının dağıdılması, gübrə, pestisid, toxum fondu və digər kənd təsərrüfatı vasitələrinin dayanması
nəticəsində dünya kənd təsərrüfatı istehsalı və məhsulun paylanması sistemi nüvə müharibəsinin nəticələrindən
ciddi ziyan çəkəcəkdir.
4. İqlim və digər faktorların birgə təsiri nəticəsində Şimal yarımkürəsinin əksər hissəsində və Cənub
yarımkürəsinin bir çox vilayətlərində irimiqyaslı nüvə konfliktindən sonra qida (ərzaq) məhsulu istehsalı bir
ildən artıq praktiki olaraq dayana bilər.
5. Dünya ticarətinin ümumi pozulması, həmçinin bir çox ölkələrin taxıl ixracatında iştirak etməməsi ilə
əlaqədar hərbi konflikt zamanı ərzaq məhsulunun eksportu dayanacaqdır. Bunun nəticəsində əhalinin böyük
kütləsi aclıq təhlükəsi qarşısında qalacaqdır. Nüvə konfliktində iştirak etməyən və bilavasitə nüvə zərbəsinə
məruz qalmayan ölkələr də müharibənin nəticəsi olaraq aclıq keçirəcəklər.
6. Kənd təsərrüfatı istehsalının dağılması şəraitində ərzaq istehsalının əsas mənbəyi təbii ekosistemlər
olacaqdır. Əgər müharibə nəticəsində mühüm iqlim dəyişkənliyi baş verməsə də, təbii ekosistemlər Yer
əhalisinin az bir hissəsini qidalandıra bilər. Hətta ən əlverişli nəticədə onlar kənd təsərrüfatı kimi zəngin
mənbəni əvəz etməyə qadir deyildir.
7. Təbii ekosistemlər istənilən halda nüvə müharibəsinin yaratdığı iqlim pozulmalarına olduqca həssas
olacaqdır. Onların dəyişməsi qütb tundrasından başlamış rütubətli tropik meşələrə, səhradan başlamış okeanlara
və şirinsulu hövzələrə qədər olduqca müxtəlif olacaqdır. Şimal yarımkürəsində temperaturun aşağı düşməsi
əsasən quruda özünü göstərəcək, işıqlanmanın azalması ən çox okean ekosistemlərinə təsir edəcəkdir, halbuki
yağıntıların xarakter və intensivliyinin dəyişməsi başlıca olaraq Cənub yarımkürəsinin bozqırlarına və digər
ekosistemlərinə öz təsirini göstərəcəkdir.
8. Bioloji sistemlər hətta nüvə müharibəsinin yaratdığı nisbətən az iqlim dəyişkənliyinə o qədər həssasdır
ki, məhvedici ekoloji nəticələr zəif iqlim dəyişmələri zamanı da baş verə bilər və bunun nəticəsi olaraq Yer
əhalisinin böyük hissəsi ziyan çəkər.
9. İqlim pozulması uzun müddət davam edərsə, bu vəziyyət prosesin kəskin dövründə, işıqlanmanın ek-
stremal azalması və temperaturun aşağı düşməsi qədər insan həyatına faciəli təsir göstərə bilər.
10. Qlobal radioaktiv yağıntılar, ehtimal olunduğuna görə, insan, ekosistem və kənd təsərrüfatı üçün böyük
nəticələr törətməyəcəkdir. Lakin lokal radioaktiv yağıntılar, şübhəsiz ki, həm müharibə aparan, həm də ona
qonşu ölkələrin əhalisinə ciddi təsir göstərəcəkdir. Müxtəlif rəylərə əsasən lokal radioaktiv yağıntılar
nəticəsində milyonlarla, bəlkə də yüz milyonlarla insan həlak olacaqdır.
Şübhəsiz ki, həm təbii ekosistemlər, həm də kənd təsərrüfatı radioaktiv təsir altında qalacaqdır. Şimal
yarımkürəsinin orta enliklərində geniş ərazilər, o cümlədən dəniz və şirinsulu ekosistemlər radioaktivliyə məruz
qalacaqdır. Radioaktivlik bioloji sistemlərdə toplaşır: qida zəncirinin ən yüksək pilləsində duran canlı orqanizmlər
( o cümlədən insanlar) radioaktivliyə sirayət etmiş məhsullarla qidalanaraq min dəfə artıq radiasiya dozasını qəbul
edir. Az ehtimal etmək olar ki, müharibədən sonrakı şəraitdə belə radioaktivlik zəhərlənməyə qarşı kəsərli tədbirlər
baş tuta bilsin.
Dostları ilə paylaş: