QəRİb məMMƏdov, mahmud xəLİlov


Növün populyasya strukturu



Yüklə 4,26 Mb.
səhifə76/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   706
3.1. Növün populyasya strukturu  

Hər növ müəyyən  ərazini (areal) tutaraq orada populyasiya sistemini yaradır.  Ərazi nə  qədər çox 

parçalanmış olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün 

populyasiya strukturunu onun bioloji ayrılması – onu təşkil edən fərdlərin hərəkətliyi və  əraziyə bağlılıq 

dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir.  

 

3.2. Populyasiyanın ayrılması dərəcəsi  

Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri populyasiyalara malik olur. 

Böyük miqrasiya qabiliyyəti ilə  fərqlənən növlərdə  şimal maralını  və  şimal tülküsünü misal göstərmək olar. 

Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü mövsüm ərzində çoxaldığı (nəsil verdiyi) 

yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək 

zamanı yüz kilometrə  qədər məsafəni qət edir. Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi 

maneələrdən – enli çaylardan, boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən 

böyük olmayan arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola 

bilər, məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.  

Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox kiçik 

populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı mühitin müxtəlifliyindən 



 

51

birbaşa asılı olur. Dağlıq rayonlarında belə növlərin  ərazi differensasiyası düzən  əraziyə nisbətən daha 



mürəkkəb olur.  

Növün qonşu populyasiyalarının ayrılma dərəcəsi olduqca müxtəlif olur. Bəzi hallarda onlar ərazicə bir-

birindən kəskin ayrılır. Xanı və tinqa balıqlarının bir-birindən ayrı yerləşən göllərdə populyasiyaları və yaxud 

ağbığlı silviya quşunun və Hindistan qamışquşunun və digər növlərin səhra ərazisində yerləşən vahələrdə və çay 

vadilərindəki populyasiyalarını buna misal göstərmək olar.  

Geniş ərazilərdə növün başdan-başa məskunlaşması bunun əks variantıdır. Belə yayılma xarakteri, məsələn, 

quru bozqırlarda və yarımsəhralardakı kiçik sünbülqırana xasdır. Bu landşaftlarda onların sıxlıq dərəcəsi hər 

yerdə yüksəkdir.  

Populyasiyalar arasında  əlaqə növün vahid bütövlüyünü saxlayır. Populyasiyaların bir-birindən uzun 

müddət ayrı düşməsi adətən yeni növlərin əmələ gəlməsinə səbəb olur.  

Ayrı-ayrı populyasiyalar arasındakı  fərqlər müxtəlif dərəcədə  təzahür olunur. Onlar yalnız onların qrup 

xarakterinə deyil, həm də fizioloji, morfoloji keyfiyyət xüsusiyyətlərinə və ayrı-ayrı fərdlərin davranışına toxuna 

bilər. Bu fərq  əsasən təbii seçmənin təsirilə yaranaraq hər bir populyasiyaya konkret şəraitdə yaşamağa 

uyğunlaşmağa imkan verir. Məsələn, ağ dovşan arealının müxtəlif hissələrində müxtəlif rəngdə, müxtəlif 

ölçüdə, müxtəlif həzm sisteminə malik olur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin