QəRİb məMMƏdov, mahmud xəLİlov


İkinci (törəmə) suksessiyalar



Yüklə 4,26 Mb.
səhifə160/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   706
İkinci (törəmə) suksessiyalar əvvəlcədən canlı orqanizmlər kompleksinin fəaliyyəti ilə  dəyişilmiş sub-

stratda inkişaf edir. Belə suksessiyalar çox vaxt bərpaolunma (demutasiya) xarakteri daşıyır.  

İkinci (törəmə) suksessiyalara yanğın yerində və başdan-başa meşə-qırıntı sahəsində küknar meşəsinin kli-

maks vəziyyətə qədər bərpa olunması misal ola bilər. Avropanın tayqa zonasında yanğın və başdan-başa qırıntı 

sahəsində (küknar) işıqlanma şəraiti, temperatur, rütubətlik və digər faktorlar kökündən dəyişir. Belə sahələri ilk 

dəfə  işıqsevər otlar (yağıotu, yumşaq süpürgə) tutur. Sonra sahədə  işıqsevər ağac cinslərinin (titrək qovaq, 

tozağac, söyüd və b.) cücərtiləri (yeniyetmələri) və kollar peyda olur. Çəmən-kol bitkilərinin formalaşması ilə 

yanaşı, kompleks heyvanat aləmi də (həşəratlar və digər onurğasızlar, gəmiricilər) formalaşır. Giləmeyvəli kol-

lar özünə çoxlu quş  cəlb edir. Bu stadiya 2-3 il çəkir. Sonra işıqsevər xırda yarpaq ağac cinslərinin (tozağac, 

titrək qovaq) intensiv inkişafı başlayır. Formalaşmış  sıx çətirli cavanyaşlı meşəlik işıqsevər ot bitkilərini və 

kolları  sıradan çıxarır. Bu isə heyvanat aləmini də  dəyişdirir. Ağac çətiri altında kölgəlik və yüksək nəmlik 

şəraitində küknar cücərtiləri intensiv inkişaf etməyə başlayır. İkinci yarusda yerləşən cavan iynəyarpaq meşəlik 

(küknarlıq) çəmən ot bitkisini tamamilə sıxışdırıb sıradan çıxarır, onları mamır örtüyü və meşə otları əvəz edir. 

Küknar üçün şəraitin yaxşılaşması tozağac və qovağın bərpasına maneçilik göstərir. Küknar ağacları birinci ya-

rusa çıxdıqda çox yaşlı tozağac və qovaq ağaclarını çətirləri altında sıxışdırıb tədricən məhv edir. Son nəticədə 

yarpaqlı ağac cinslərinin yerində ilkin küknar meşəliyi formalaşır. Qırıntıdan (yanğından) sonra sabit tayqa bio-

senozunun (küknarlığın) formalaşması prosesi 100-150 il davam edir.  

Buna oxşar proses fıstıq meşəsində  də müşahidə olunur. Hamamçayın sol sahilində (Kürmükçayın qolu, 

Qax rayonu) dəniz səthindən 1760 m yüksəklikdə («Yezdidağ»da) sırf tozağac meşəsini tədqiq etdik, 35-40 

yaşlı bu ağaclığın orta hündürlüyü 15 m, orta diametri 12 sm (maks. 20 sm) təşkil edir. Doluluğu 06 olub 

yüksək bonitetə (II bonitet) malikdir. Göründüyü kimi subalp zonasından fərqli olaraq burada Rusiyanın tozağac 

meşəliyini xatırladan meşəlik formalaşmışdır. Qeyd edək ki, təsvir etdiyimiz tozağaclıq fıstıq meşəsi yox edilən 

sahədə  əmələ  gəlmişdir. Hazırda ikinci yarusda rast gəlinən fıstıq və  vələs ağacları, fıstığın yeniyetmələri və 

canlı örtükdə  fıstıq meşəsinin indikatorları (çətiryarpaq, ayıdöşəyi) bunu bir daha təsdiq edir. Ehtimal ki, bir 




 

90

neçə vaxtdan sonra (təxminən 50-60 il) tozağacı meşəliyinin yerində  fıstıq yenidən bərpa olunaraq klimaks 



vəziyyətini alacaqdır.  

İkinci (törəmə) suksessiya proseslərinə  fıstıq və palıd meşələri qurşağında da geniş rast gəlinir. Fıstıq 

meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış sahələrdə 

əksər halda fıstığa az təsadüf edilir. Fıstıq kölgəsevər və rütubətsevər bitki olduğu üçün ilk dəfə «çılpaq» 

yamacları tuta bilmir. Həmin sahələri əvvəlcə vələs, palıd, ağcaqayın, göyrüş və s. ağaclar və bir çox kol növləri 

tutur. Hazırda Altıağac qəsəbəsinin qarşısında (Ataçayın sol sahili) dəniz səthindən 1300-1600 m yüksəklikdə, 

yamacın  şimal cəhətində pöhrədən törəmiş palıd-vələs meşəliyində  tək-tək fıstığa təsadüf olunur. Bu ərazidə 

fıstıq meşəliyinin yoxa çıxmasını yalnız insan fəaliyyətinin mənfi təsirilə izah etmək olar. Burada təbii yayılan 

fıstıq meşələri başdan-başa qırılmış, sonralar ağacların özbaşına kəsilməsi və mal-qaranın otarılmasının davam 

etdirilməsi fıstıq meşəsinin yoxa çıxmasına səbəb olmuşdur. Hazırda təsvir etdiyimiz sahədə  və Bakı Dövlət 

Universitetinin kotteclərinin yaxınlığında törəmə tipli vələs, palıd meşəsində  tək-tək və qrup halında fıstıq 

ağaclarına təsadüf olunur. Qeyd edək ki, fıstıq ağacları burada bitən digər ağac növlərinə (vələs, palıd, göyrüş, 

ağcaqayın) daha yaraşıqlı olması, düz qaməti və sürətli inkişafı ilə seçilir. Meşə altında çoxlu fıstıq 

yeniyetmələrinə təsadüf olunur. Lakin intensiv mal-qara otarılması  təsvir olunan ərazi üçün edifikator sayılan  

fıstığın bərpa olunub ilkin biosenozunu yaratmağa imkan vermir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin