Şüalanmanın gizli dövründə xəstənin vəziyyəti yaxşılaşır. Latent (gizli) dövrün müddəti şüalanma
dozasından asılı olur. Nisbətən aşağı dozalarda (0,25-1Qr-25-100 rad) yüngül funksional reaksiya geniş klinik
şəkil almır, yəni xəstəliyin üçüncü dövrünə keçmir və xəstəlik ilkin reaksiyanın sönməsi ilə məhdudlaşır. Orta
dozalarla (1,5-2,5Qr-150-250 rad) şualandıqda latent dövrü 2-2,5 həftə davam edir. Yüksək dozalarda 3-5Qr
(300-500 rad) 3-10 sutkalıq latent (gizli) dövrdə qan dövranı sistemində dəyişkənlik artır: leykositoz leykope-
niya ilə əvəz olunur, limfopeniya artır, sonra isə trombositopeniya və qan sistemində digər dəyişiklik baş verir.
Bütün bunlar radioaktivliyə həssas orqanların (ilik və limfa aparatının) hüceyrələrinin bilavasitə zədələnməsi
nəticəsində baş verir.
Dostları ilə paylaş: |