qreya (Qr) ilə, sistemdən kənar isə radla ifadə olunur.
İonlaşdırıcı şüalanmanın canlı orqanizmlərdə olan maddələrlə qarşılıqlı təsiri spesifik bioloji təsirə çevrilir,
bu isə orqanizmin zədələnməsi ilə nəticələnir. Bu prosesdə zədələndirici təsiri şərti olaraq üç mərhələyə ayırmaq
olar: a) ionlaşdırıcı şüalanmanın ilkin təsiri; b) radiasiyanın hüceyrələrə təsiri; c) radiasiyanın bütün orqanizmə
təsiri.
Bu təsirin ilkin həlqəsi – molekulların oyanması və ionlaşması olub, bunun nəticəsində sərbəst radikallar
(şüalanmanın bilavasitə təsiri) və ya suyun kimyəvi çevrilməsi (radioliz) başlayır, onun məhsulları isə (radikal
OH
-1
, hidrogen peroksid – H
2
O
2
və b.) bioloji sistemin molekulları ilə kimyəvi reaksiyaya girir (şəkil 13.1).
|