Stronsium (
90
Sr) – gümüşü kalsiumabənzər metaldır, oksid qişası ilə örtülü olur, reaksiyaya pis girir. Mürəkkəb
Ca – Fe – Al – Sr kompleksləri formalaşdıqda ekosistemin metabolizminə qoşulur. Stabil izotopun torpaqda, sümük
toxumalarında və mühitdə 3,7·10
-2
%-ə, dəniz suyunda, əzələ toxumalarında isə 7,6·10
-4
%-ə çatır. Bioloji funksiyası
aşkar olunmayıb, zəhərli deyil, kalsiumu əvəz edə bilər. Mühitdə radioaktiv izotopu yoxdur.
Plutonium (
239(240)
Pu) – gümüşü ağ metaldır, bərk həll olunmayan oksidlər əmələ gətirir. Enerjinin yığcam
(kompakt) mənbəyi və nüvə yanacağı kimi, nüvə silahlarının istehsalında istifadə edilir. Plutonium mühitdə olan
nüvə mənşəli radionuklidlərin 1%-nə qədərini təşkil edir. Plutoniumun 10%-ə qədəri suda həll olan formaya
keçə bilir və sonrakı bioloji zəncirlərdə miqrasiya edir.
Dostları ilə paylaş: |