XIII FƏSİL
ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ
ƏHALİNİN SAĞLAMLIĞI
13.1. Yerin təbii radiasiya fonu torpaq, su və havadakı radionuklidlərin səpələnən şüalarının cəmindən
ibarət olub, yaşları planetimizin yaşına uyğun gəlir. Belə radionuklidlərə kalium – 40 (
40
K), uran – 238 (
238
U),
torium – 232 (
232
Th) və radon – 219-282 (
219-282
Rn) və radiumun – 226 (
226
Ra) parçalanma məhsulları aiddir.
Radiasiya fonunun formalaşmasında ikinci yeri kosmik şüalanma, üçüncü yeri isə azmüddət yaşayan
radionuklidlər tutur, onlar atmosferin yuxarı qatlarında stratosferin qazları ilə Kainatın müxtəlif sahələrindən
yüksək enerji nüvə hissəciklərinin qarşılıqlı təsiri sayəsində əmələ gəlir.
Əksər radionuklid fonunun ilkin geoloji mənbəyi litosferin yuxarı qatları (qranitlər, şistlər, qumdaşılar və
s.) olub daima torpağın, suyun, havanın saprofit mikroflorasının təsiri altında əmələ gəlir, temperaturun
dəiyşməsi şüaların torpağa, bitkiyə və heyvanat aləminə miqrasiya etməsinə zəmin yaradır.
Məlum olduğu kimi, bitki və heyvanların radioaktivliyini təyin edən aparıcı radionuklid fonu K-40 hesab
olunur, o, gümüşü-ağ metal olub oksigen və su ilə tez reaksiyaya girir. İzotopların təbii qarışıqlarında (
39
K,
40
K,
41
K) radioaktiv kaliumun miqdarı miqrasiya həlqəsindən asılı olmayaraq daimi olub, 0,0118 kütlə. % təşkil edir.
Yer qabığında, torpaqda ikinci geniş yayılan və radionuklid miqrasiyasının sonrakı həlqələrində əsas fon U-
239 sayılır (az miqdarda U-235 və U-234 qarışığı ilə), kalsiuma oxşar ağ-gümüşü metaldır, hava, su buxarı,
turşularla (qələvi ilə yox) reaksiyaya girir. Kalsium kimi mühitdə mineralların, ən çox uranit və kariotitlərin
tərkibində olur.
İnsan orqanizminə uranın sutkalıq daxil olması orta hesabla 1-dən 10 mkq qədər olub, 300 mkq-a qədər
çatır. Yerin normal radiasiyalı ərazilərində insanın yumşaq toxumalarında uranın miqdarı olduqca az olur.
Fon şüa yüklənməsinin formalaşmasında U-238-in parçalanma məhsulu olan radium urandan kimyəvi ak-
tivliyi və ona müvafiq olaraq mühitdə miqrasiya həlqələrində böyük mütəhərrikliyi ilə fərqlənir.
Radium (R) – parlaq gümüşü metaldır, hava (oksigen) və su ilə tez reaksiyaya girir. Həll olunan xloridlər,
bromidlər, sulfidlər, yodidlər, həmçinin həll olmayan birləşmələr (karbonatlar, oksalatlar) əmələ gətirir. Radi-
umun bütün izotopları radioaktivdir. Ən geniş yayılanı çoxyaşayan yarımparçalanma dövrü 1620 il olan izotop-
dur.
Dostları ilə paylaş: |