QəRİb məMMƏdov, mahmud xəLİlov


/./3. /Uçucu üzvi birləşmələr (UÜB)



Yüklə 4,26 Mb.
səhifə367/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   363   364   365   366   367   368   369   370   ...   706
 

12/./3. /Uçucu üzvi birləşmələr (UÜB). UÜB-rə benzol, toluol və ksilol aiddir. Benzol ətraf mühitə çirkab 

suları ilə  və  əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass, partlayıcı 

maddələr, ionmübadilə  qətranı, lak, boyalar və süni dəri istehsalı müəssisələrindən daxil olur. O, nəqliyyatın 

buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan bitkiyə trans-

formasiya edə bilir.  

Atmosfer havasında benzolun miqdarı 3-160 mkq/m

-3

 arasında dəyişir. Havada daha yüksək konsentrasiya 



iri şəhərlərdə neftayırma zavodlarının yanında aşkar edilir.  

 

Rusiyada atmosferdə benzolun yüksək konsentrasiyasına 2 mln., o cümlədən 50-70 mkq/m



-3

 konsentrasiya 

səviyyəsinə 0,5 mln., 25-30 mkq/m

-3

 səviyyəsinə isə 1,3 mln. adam məruz qalır. ABŞ-da benzolun 32 mkq/m



-3

 

konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz qalır.  



Konserogen təsirilə yanaşı, benzol həmçinin mutagen, honadotoksik. embriotoksik, teratogen və allergik 

təsirə malikdir. Xroniki benzol intoksikasiya müşahidə olunan işçilərdə  ən çox qanın və qanəmələgətirən 

orqanların, nisbətən az dərəcədə isə sinir sisteminin zədələnməsi baş verir. Sinir simptomatikası çox vaxt hema-



 

185


toloji dəyişkənliyin ağırlaşmasına (leykopeniya, trombositopeniya) səbəb olur Benzolun uzun müddətli yüksək 

konsentrasiyada təsiri (0,6-40,0 mq/m

-3

) xromosom aberrasiyasının böyməsinə səbəb olur.  



Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında 

səbəb əlaqəsi aşkar edilmişdir. Çində 233 istehsalatda benzolla təmasda olan 28460 fəhlədən 30-da leykoz (23-ü 

kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan fəhlələrdə 

isə (28257 nəfər) leykositlə xəstələnən cəmi 4 hadisə qeydə alınmışdır. Birinci qrupda il ərzində 100000 adam 

hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.  

Benzol içməli suya su təchizatı  mənbəyinin çirkab suları ilə çirklənməsi nəticəsində, həmçinin suyu 

təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər.  İçməli suda benzolun YVK-sı (zərərliyin 

səhiyyə-toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.  

Səth sularında  toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik 

təsirli  zəhər olub kəskin və xroniki zəhərlənməyə  səbəb olur. Bəzi müəlliflərlə görə toluolla az dozada uzun 

müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun 

zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş 

qabiliyyətini aşağı salır. Lipidlərdə  və yağlarda yüksək dərəcədə  həll olduğundan  əksər hallarda mərkəzi sinir 

sistemində toplanır.  

Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.  

İçməli suya ksilollar əksər hallarda neftayırma müəssisələrinin çirkab suları ilə çirklənmiş su 

mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar 

qrunt sularında uzun müddət qala bilir. Ksilollar qıcıqlandırıcı  və embriotrop təsirə malikdir, reproduksiya 

proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır. 



 

186



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin