12.2.4. Digər xlor-üzvi pestisidlər
Dieldrin də aldrin, heptaxlor, xlordan və toksafen kimi politsiklik qeyri-aromatik birləşmələrə aiddir. On-
lardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də ef-
fektli və daha davamlıdır. Həşəratlarda DDT-yə qarşı davamlılıq yarandıqda, dieldrindən istifadə olunurdu.
1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi.
Lakin dieldrini təsirindən digər həşəratlar, kiçik kərtənkələlər və pişiklər də məhv olurdu. Bu isə siçovulların
çoxalmasına imkan yaradaraq taun xəstəliyinin əmələ gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə
olunması bütün dövlətlərdə qadağan edilmişdir. Lakin olduqca davamlı olduğu üçün o, əhalinin və
ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.
Aldrin yüksək davamlılığı və toplanması ilə fərqlənir. Onu süddə, toxumalarda və insanların qanında aşkar
etmək olar. O, məməlilər, quşlar, balıqlar, xərçəngkimilər və molyusklar üçün tokisiki hesab olunur. 1972-ci
ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.
Heptaxlor – torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. Onunla həm də qarğıdalı və şəkər
çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər canlı
orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu ilkin maddədən daha toksik sayılır.
1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.
Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və
kolarada böcəyinə qarşı istifadə olunmuşdur. O, 1960-1970-ci illərdə ABŞ-da, xüsusilə cənub ştatlarında
pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada
yayılma qabiliyyətinə malikdir. Ona görə də onu hətta əvvəllər istifadə edilmədiyi yerlərin havasında və
torpağında da aşkar etmək olar. İnsanın orqanizminə toksofen əsasən balıqla daxil olur. Balıqla qidalanan adam-
lar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlandiya, Nider-
land qadınlarının südündə (68 mq/kq yağda) aşkar olunmuşdur. SSRİ-də toksafendən istifadə qadağan
olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən etibarən bütün dünyada toksafendən
istifadə olunması qadağandır.
Xlordan – Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. Davamlı olduğundan və
bioakkumulyativliyinə görə istifadəsi qadağan olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar edi-
lir.
Dostları ilə paylaş: |