Radioaktiv torium (
237
T,
228
T,
232
T) – əvvəlkilər kimi
α - şüalandırıcı olub gümüşü metaldır, oksigen və su
buxarı ilə aktiv, turşularla isə pis qarşılıqlı təsirdə olur. Dağ süxurlarında (torianit, torit) geniş yayılmışdır, kristal-
lik şəbəkələrin təbii parçalanması nəticəsində torpaqda da yayılmışdır.
Radon (
222
Rn) və toran (
220
Tu) – rəngsiz, dadsız və iysiz qazlardır; radium və toriumun təbii radioaktiv
parçalanan qısaömürlü həlqələridir. Bu qazlar güclü
α - şüalandırıcılardır (5MeV), selikli gənzik (burun-udlaq),
nəfəs yolu, bronxlar, alveolların epitelilərində şüa yükü formalaşdırır.
Kosmik şüalanma – Atmosferin strukturunda milyon illərlə təşəkkül tapmış, şəkli dəyişmiş ilkin qalaktik
(93%) və yüksək enerjili günəş axınları hissəciklərindən ibarətdir. Qalaktik mənşəli hissəciklərin enerjisi
əksərən protonlardan ibarətdir, orta hesabla 100 MeV olub, 10
14
MeV-a yüksəlir, günəşinki isə 20 MeV təşkil
edir.
Kosmik şüalar Kainatdan Yer atmosferinə düşən böyük enerjili zərrəciklər (ilkin şüalanma) və onların
atmosferdəki atom nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci şüalanma) selindən
ibarətdir.
Kosmosdan Yerə düşən kompleks (qarışıq) tərkibli ionlaşmış şüalanma (şüalar) yer səthi zonasında bərk
(əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar, elektromaqnit dalğaları) şüalanmadan ibarət olur. Kos-
mik radiasiya (şüalar) ətraf (kimyəvi) mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən
asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur.
Dostları ilə paylaş: |