Bərpa olunma dövrundə pozulmuş funksiyalar tədricən normaya düşməyə başlayır. Bədənin temperaturu
aşağı düşür, qanaxma dayanır, qan dövranı funksiyası bərpa olunur, maddələr mübadiləsi normaya düşür və s.
Əlverişli vəziyyətdə xəstəlik tam müalicə olunur. Qanın funksiyası tam bərpa olunmadıqda, xəstəlik xroniki
formaya keçə bilər.
Yüksək ölüm dozalarında (10 Qr – 1000 rad və yüksək) şüalanma zamanı ölüm yeddinci – onuncu günü baş
verir. Bu dövrdə intensiv qusma, sonra isə qanlı ishal, bədənin temperaturunun yüksəlməsi, sepsis hadisəsi və
şüalanma xəstəliyinə tipik olan qanın dəyişməsi baş verir.
Daha yüksək dozalarda (20-80 Qr) ölüm dördüncü – yeddinci günü baş verir. Bu dövr üçün ağır hemodi-
namik pozuntular, damarların parezi (yüngül iflici), toxumaların parçalanması, ümumi intoksikasiya, hiperazo-
temiya səciyyəvidir.
80 Qr (8000 rad) dozasında ölüm hətta şüalanma zamanı və ya bir neçə dəqiqədən (və ya saatdan) sonra baş
verə bilər. Buna beyin qabığının hüceyrələrinin və hipotolumusun nüvəsinin neyronlarının məhv olması səbəb
olur. Əsəb (sinir) sisteminin zədələnməsində əsas rolu ionlaşdırıcı radiasiyasının bilavasitə toxumalara təsiri
hesab olunur. Görünür, toxumalarda əmələ gələn radiotoksinlər mühüm rol oynayır.
|