QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə388/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   384   385   386   387   388   389   390   391   ...   706
Turş yağışlar və meşə. Turş yağışlar meşə, bağ, parklara böyük ziyan yetirir. Turş mühitə malik olan meşə 

torpağı və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və canlı aləmi pozur.  

Qeyd edək ki, iynəyarpaqlı  ağac cinsləri turş yağışlara daha çox həssasdır. Bu səbəbdən dünyanın müxtəlif 

regionlarında 31 mln. ha meşə  məhv olur. Belə ki, Almaniyanın  ərazisində turşulu yağışların təsirindən küknar 

meşələrinin demək olar ki, üçdə biri zədələnmişdir. Almaniya ilə Çexiyanın sərhəd hissəsində bu səbəbdən xeyli 

meşə sahəsi sıradan çıxmışdır.  

Almaniyanın meşəli Bavariya və Baden vilayətlərində meşə  ərazilərinin yarıya qədəri turş yağışlardan 

ziyan çəkmişlər.  

1980-ci ildə ağşam meşələrinin 60%-i sağlam idi. İki ildən sonra onların 98%-i məhv olmuş və ya məhv 

olmaq təhlükəsi altındadır. Kanadada 300 yaşlı balzam küknarı  ağacları turşulu yağışların təsirindən sıradan 

çıxmışdır. Turş yağışlar  şimali Appalaçda (şimali Amerikada dağ silsiləsi) qırmızı küknardan ibarət dağ 



 

194


meşələrinin vəziyyətinin pisləşməsinə  və  məhvinə  səbəb olmuşdur. Avropanın  şimalında turşulu yağışların 

təsirindən meşələrin 50%-i ziyan çəkmişdir.  

Turş yağışların təsirindən torpaqda alüminiumun hərəkəti sürətlənir, bu isə bitkini qidalandıran xırda köklər 

üçün zəhərli sayılır və onların 50%-ə qədəri məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, cavan 

tumurcuqlar şüşə kimi kövrək olub qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur.  

Turş yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı  vəhşi heyvanlar da 

didərgin düşür və ya məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, 

su ehtiyatı tükənir.  Ən azı onu da gözləmək olar ki, məhv olmuş (qurumuş) ağaclar asidofil növlərlə (yəni 

turşuluq sevən)  əvəz oluna bilər. Belə növlərin tərkibi məhdud olub, əksəriyyəti – mamırlar, qıjılar və digər 

alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az qiymətli 

hesab olunur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin