Turş yağışlar və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı. Müəyyən edilmişdir ki, kənd təsərrüfatı
bitkilərinin böyümə və yetişməsinin yağıntıların turşuluğundan asılılığını bitkilərin fiziologiyası,
mikroorqanizmlərin inkişafı və bir sıra faktorların qarşılıqlı əlaqələri təsdiq edir. Odur ki, turş yağışların kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirini göstərən bütün komponentlərin
kəmiyyət uçotu aparılmalıdır.
Turş yağışlar torpağın fiziki-kimyəvi xassələrini dəyişir, münbitliyini azaldır, canlı aləmin fizioloji
inkişafını pozur, bitki örtüyünü deqradasiyaya uğradır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır.
Torpağın turşuluğu (pH) 3-ə endikdə praktiki olaraq bəhrəsiz olur. Ən çox tayqa zonasının torpaqları
turşulaşmağa məruz qalır.
Bir çox heyvan və bitkilər yüksək turş torpaqlarda məskunlaşa bilmir. Turşulu yağışlar səth sularını və
torpağın üst horizontlarını turşulaşdırmaqla yanaşı, həm də aşağı enən su axını ilə bütün torpaq profili boyu
yayılır və qrunt sularının da xeyli turşulaşmasına səbəb olur.
Dostları ilə paylaş: |