QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə392/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   388   389   390   391   392   393   394   395   ...   706
 

XV FƏSİL 

 

ENERGETİKA VƏ EKOLOGİYA 

 

15.1. Enerji resursları və ondan istifadə  

İnsanın mövcud olduğu tarix boyu bəşəriyyətin təşəkkül tapması  və inkişafı enerjinin əldə edilməsi və 

istifadəsi ilə sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər: enerji nə qədər 

əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və ömrü uzun olar.  

İlk enerji sıçrayışı insanın odu əldə etdiyi, oddan istifadə etdiyi və saxlamağı öyrəndiyi vaxt olmuşdur. Bu 

zaman  əsas enerji mənbəyi ağac və digər bitki materialları üzərində insanın özünün əzələ gücündən ibarət 

olmuşdur.  

Orta əsrlərə yaxın insanlar işçi mal-qarasından, küləyin, suyun, oduncağın, daş kömürün və digər təbii min-

eral yanacaq resurslarından (neft, şist, torf) istifadə etməyi öyrəndi. Bu dövrdə enerjidən istifadə ibtidai icmaya 

nisbətən təxminən 10 dəfə artdı. Sənaye cəmiyyətində olan müasir bəşəriyyət ibtidai insanlarla müqayisədə 100 

dəfədən də artıq enerji istifadə edərək, dörd dəfə artıq ömür sürür və müqayisə edilməz dərəcədə rahat (komfort) 

şəraitində yaşayır.  

Müasir dünyada energetika sənayenin baza sahələrinin inkişafının  əsasını  təşkil edərək, ictimai istehsalın 

tərəqqisini müəyyən edir. Sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə energetikanın inkişaf tempi digər 

fəaliyyət sahələrinin tempini ötüb keçir. Lakin bununla yanaşı, energetika biosferin bir hissəsi olan ətraf mühitə 

və insana mənfi təsir göstərən mənbələrdən biri sayılır.  

Energetika ətraf mühitə müxtəlif cür təsir göstərir:  

- Atmosferə oksigendən istifadə etməklə, qaz, rütubətlik, kül buraxmaqla; 

- Hidrosferə – sudan istifadə etmək, su anbarları yaratmaq, çirkab və qızdırılmış sular, maye tullantıları at-

maqla; 


- Litosferə – landşaftı dəyişmək, qazıntı yanacağından istifadə etmək, toksin (zəhər) atmaqla; 

- Biosferə – abiotik faktorları dəyişmək və çirkləndiricilərin bilavasitə canlı orqanizmlərə təsir göstərmək, 

ekosistemlərdə idarəedici əlaqələrin fəaliyyətini pozmaqla. 

Yer üzərində enerji mənbələrini iki böyük qrupa bölürlər: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan-

lara Yerin biosferində fasiləsiz fəaliyyət göstərən bütün enerji növləri (günəş, külək enerjisi, okeanın enerjisi və 

çayların hidroenerjisi) daxildir. Bərpa olunmayan enerji mənbələrinə qazıntı yanacaq növləri, nüvə  və nüvə-

istilik enerjisi aid edilir. Bərpa olunmayan mənbələrə əsaslanan energetika olduğu mühitin əlavə istiləşməsinə 

səbəb olur. Bəzən bu istilik növləri əlavə olunmuş istilik  adlandırılır, belə ki, onların enerjisi planetin Günəşlə 

qızmasını təmin edən enerjiyə əlavə olunur. Bərpa olunan mənbələrin enerjisindən istifadə etdikdə isə planetin 

əlavə qızmasına səbəb olmur. Biosferin orta temperatunun 1

0

C qızması Yerin iqlimində, həmçinin heyvanat və 



bitki aləmində qlobal fəlakətlərlə nəticələnə bilər. Bu haqda müvafiq fəsildə ətraflı məlumat verilir.  

Enerji istehsalının artmasının başlıca faktoru əhalinin sayının çoxalması  və  həyat keyfiyyətinin tərəqqisi 

olub adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 

2 kVt-a yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə 

bəzi inkişaf etmiş ölkələr nail olmuşlar.  

Sənayesi inkişaf etmiş ölkələrdə əhalinin adambaşına istifadə etdiyi elektrik enerjisi inkişaf etməkdə olan 

ölkələrlə müqayisədə 14 dəfə artıqdır. Qeyd etmək lazımdır ki, hətta sənayesi inkişaf etmiş ölkələrdə də elektrik 

enerjisindən istifadə olunması  kəskin fərqlənir. Məsələn, Norveçdə  əhalinin adambaşına ildə 25 min kVt saat 

elektrik enerjisi sərf olunur. Bu rəqəm İsveçdə 16 min, Fransada 6 min, İtaliyada 3 min, Banqladeşdə isə cəmi 

46 kVt saat təşkil edir. Bundan belə  nəticəyə  gəlmək olar ki, elektrik enerjisinə olan tələbat gələcəkdə  həm 

sənayecə inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün artacaqdır.  

Son 200 ildə energidən qlobal istifadə 30 dəfə artmışdır və 1994-cü ildə 13.07 Qtu.t/il təşkil etmişdir (şərti 

yanacaq tonu enerji ölçüsü olub 7 mld. kal və ya 29.3 mld. Coula bərabərdir, bu təxminən 1 ton yüksək 

keyfiyyətli daş kömürün yanmasından ayrılan istiliyin miqdarına uyğun gəlir, 1Qt=1 mld ton).  

Son dövrlərə  qədər energetikada olan nailiyyətlər insanda heç bir təşviş doğurmurdu, hətta  əksinə, bu 

bəşəriyyətin sivilyaziyasının yüksək inkişaf səviyyəsini səciyyələndirirdi. Təxminən 70-ci illərin sonlarında pla-

netar iqlim sisteminə böyük antropogen təzyiq haqqında ciddi məlumatlar meydana gəldi.  



 

198


Energetikanın böyük hissəsi (80%-ə qədər) üzvi qazıntı yanacaqlarının (neft, kömür, qaz, torf), həmçinin 

bir qədər az həcmdə oduncağın yandırılması zamanı alınan enerjidən istifadə edilməsi ilə bağlıdır. Məlum 

olduğu kimi bu, atmosferə çoxlu miqdarda karbon qazının atılmasına səbəb olur, bu isə Yer səthindən əks olu-

nan günəş şüalarını saxlamaq qabiliyyətinə malikdir.  

Hazırkı dövrdə ilkin enerji mənbələrinin kommersiya (ticarət) və qeyri kommersiya mənbələrinə ayrılması 

üzrə adi təsnifat, ekoloji baxımdan az maraq doğurmur.  

Kommersiya enerji mənbələrinə  bərk (daş kömür, torf, yanar şistlər, bitumlu qumlar), maye (neft və qaz 

konsendatı), qazşəkilli (təbii qaz) yanacaq növləri və ilkin elektrik (nüvə, hidroelektrik, istilik, külək, geotermal, 

günəş, qabarma və dalğa stansiyalarında əldə olunan elektrik enerjisi).  

Qeyri kommersiya mənbələrinə yerdə qalan enerji mənbələri (odun, kənd təsərrüfatı, sənaye və sülb məişət 

tullantıları, işçi mal-qaranın və insanın özünün əzələ gücü) aiddir.  

Dünya energetikası kommersiya enerji mənbələrinə  əsaslanaraq, ümumi istifadə olunan enerjinin 30%-nə 

qədərini təşkil edir. Bəzi məlumatlara görə XX əsrin 90-cı illərinin ortalarında kommersiya enerjisinin dünya 

üzrə istifadəsinin əhalinin adambaşına təxminən 2,2 tu.t (nəfər/il) təşkil etmişdir. Lakin dünyada bir sıra ölkələr 

qrupunda (Afrikanın mərkəzi hissəsi, Cənubi-şərqi Asiya, qismən mərkəzi və Cənubi Amerika) əksər əhali öz 

yaşayışını demək olar ki, yalnız qeyri kommersiya enerji mənbələri hesabına saxlayır.  

XX  əsrin 50-ci illərinin başlanğıcında dünya energetikası kommersiya enerjisindən istifadə tempinin 

sürətlənməsi ilə səciyyələnir (şəkil 15.1).  

 

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin