14.3. Ozon təbəqəsinin dağılması
Son onilliklərdə ozon qatının taleyi alimləri və dünya ictimaiyyətini narahat edir. Ozon oksigenin izotopu
(O
3
) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozona atmosferdə yer səthində və 80 km yüksəkliyə qədər rast
gəlinir, lakin onun maksimal konsentrasiyası orta enliklərdə 20 .. 24 km, tropiklərdə 24-27 km yüksəklikdə
yerləşir, yüksək enliklərdə isə 13 … 15 km-ə qədər enir.
Ozonun çox hissəsi strotosferdə yerləşir, troposferdə isə ozonun miqdarı azdır və o, mövsüm üzrə dəyişir,
həm də havanın çirklənmə dərəcəsindən asılıdır.
Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Troposfer ozonu həm də günəş
radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir, havada olan azot oksidi və CO
2
-ni avtomobillər
yaradır. Bu zaman ozon, fotokimyəvi smoqun baş komponenti sayılır.
Əgər troposfer ozonunun azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib
çıxara bilər. Biosferdə baş verən ekoloji təzadlardan biri də Yer kürəsində canlı aləmi günəşin dağıdıcı
ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonu təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində isə tez-
tez deşilməsidir.
Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi
zərif və nazikdir. Normal təzyiq və temperatur şəraitində (təzyiq 760 mm civə st. və temperatur 0
0
C)
atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz.
Məhz ozon təbəqəsi Günəşin qısadalğalı ultrabənövşəyi şüalarını udaraq Yer üzərində bütün canlıları qo-
ruyur və istilik rejimini, həmçinin atmosferin dinamikasını təyin edir.
Ultrabənövşəyi (UB) şualanma dalğasının uzunluğu 1 … 400 nm olan elektromaqnit şüalarıdır. Müxtəlif
uzunluqda olan UB – şüalanması insanın aktivliyinə eyni cür təsir etmədiyi üçün göstərilən diapazon 3 sahəyə
bölünür: UB – A – dalğanın uzunluğu 315 …. 400 nm, UB – B -280 … 315 nm, UB – C- 1 …. 280 nm.
Uzundalğalı şüalanma UB - A - insan orqanizminə zəif bioloji təsirilə səciyyələnir. Ortadalğalı şüalanma UB – B –
dəri örtüyünə güclü təsir göstərir və raxitə qarşı təsirə malikdir, bu zaman dalğanın uzunluğu 297 nm olduqda
şüalanma maksimum effekt verir. Qısadalğalı şüalanma UB – C – zülal toxumalarına, göz toruna olduqca mənfi
təsir göstərir, qan telciklərini dağıdır, xərçəng xəstəliklərinin artmasına, ekvator zonasında planktonların məhvi
nəticəsində okeanın biogenezisinin dağılmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi
nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. ÜST-nin məlumatına əsasən atmosferdə ozonun
miqdarının 1% azalması insanlarda dəri xərçəngi xəstəliyini 6% artırır. Ozon qatının dağılma sürəti belə davam
edərsə, XXI əsrin ortalarında dəri xərçəngi xəstəliyi hadisəsi ildə on milyonlara çatacaqdır. Bununla yanaşı,
ultrabənövşəyi şüalanmanın intensivliyinin artması nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı
aşağı düşür (onlarda maddələr mübadiləsinin pozulması və mikroorqanizmlərin – mutantların təsiri sayəsində),
okeanda fitoplanktonun məhvinə, karbon qazının və oksigenin qlobal balansının pozulmasına və onunla müşayiət
olunan bütün neqativ nəticələrə səbəb olur.
Uzun illərdən bəridir ki, ozon təbəqəsində ozonun miqdarının lokal azalması – ozon deşikləri (bacaları)
müşahidə olunur. Ozon bacaları dedikdə ozonosferdə təbii və antropogen faktorların təsiri ilə ozonun
konsentrasiyası xeyli azalan (50%-ə qədər) sahələr başa düşülür. Belə böyük sahəli bacalar müxtəlif ərazilər
üzərində bəzən bir neçə gün və ya həftələr asılı halda qalır və belə hallar getdikcə artır.
Tədqiqatlar göstərmişdir ki, ozon qatını aşılayan, dağıdan səbəblər əsasən atmosferi çirkləndirən
maddələrdir. Bunlardan ən qorxulusu xlor-flüor üzvi birləşmələri (freonlar) hesab edilir.
Xlor-flüor üzvi maddələri, yəni xlorflüorkarbon (XFK) birləşmələri süni yolla çox asan sintez olunur və
sənayenin bir sıra sahələrində, o cümlədən məişətdə də geniş istifadə edilir. Belə ki, soyuducularda,
kondisionerlərdə, lakların, rəng boyalarının, müxtəlif infektisidlərin (cücülərə qarşı işlədilən pestisidlər) və s.
aerozol qablaşmalarında məhz freonlardan istifadə olunur.
Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna – flora üçün zərərsiz sayılır və insan
orqanizminə ziyan (xətər) gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı
və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir çox
təsirlərə məruz qalan xlor-flüor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab
gətirməyib asanlıqla parçalanır. Strotosferdə sərbəstləşən bir xlor və ya bir brom molekulunun hər biri on min ozon
molekulunu tam məhv etməyə qadirdir. Məlumdur ki, ilin müxtəlif fəsillərində qütblərə doğru əsən küləklərin
sayəsində XFK, haloidkarbohidrogen və digər ozondağıdıcı maddələr ozonun dağılmasına daha çox şərait yaranan
sahələrə çatır. Belə ki, Şimal və Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində mövsümi olaraq strotosfer
196
dumanları mövcudluğu şəraitində və Günəş şüalanması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar.
Təxminən 1970-ci illərdən başlayaraq strotosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur.
Antarktikanın bəzi rayonları üzərində sentyabr-oktyabr aylarında ozonun ümumi miqdarı təxminən 60% azalır.
Hər iki yarımkürənin orta en dariələrində azalma on il ərzində 4-5% təşkil edir. Antarktika üzərində ozon
təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsinə müvafiq olmuşdur. Arktika üzərində
də ozonun ümumi miqdarının azalması öz mənfi təsirini göstərir.
1990-cı illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər, ozonometr və
s.) köməyilə yerinə yetirilən tədqiqatlara görə ozonun ixtisar olunması təkcə Arktika və Antarktidaya aid
olmayıb, həmçinin «kiçik ozon bacaları» bütün qitələrdə müşahidə edilir. Belə ki, süni peyklərin «çəkdikləri»
xəritələrdə sahəsi orta hesabla 3000 km diametrə bərabər olan kiçik bacaların ekvator boyu və orta en dairələrin
səmalarına xas olması dəqiq göstərilmişdir. Bu faktdan sonra Avstraliya və Yeni Zelandiya üzərində ozonun
tədricən və aramsız azalması daha çox narahatlıq doğurur.
Yerin ozon təbəqəsinin dağılması insanlara və təbiətə fəlakətli neqativ təsir göstərir. Belə ki, ozon
bacalarından düşən günəş rentgen və ultrabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə
yüksək olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln ha, Avstraliya,
Şimali və Cənubi Amerika, Afrika, Avropa və Cənubi-şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. 1997-ci
ildə İndoneziyada baş verən meşə yanğını 5 ay davam edərək onun tüstü-dumanı tək İndoneziyanı deyil, həm də
Kiçik Asiyanı, Sinqapurun səmasını örtmüş, hətta Cənubi Çin dənizinə qədər çatmışdır. İnsanlar tüstüdən
boğulmuşdu.
Təcrübələrlə sübut olunmuşdur ki, başqa maddələrə nisbətən xlor-flüor üzvi birləşmələr ozonu 450-600
dəfə çox dağıdır.
Strotosferdə ozonun azalması təkcə freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki,
atmosferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir.
Göründüyü kimi, ozonu azaldan səbəblər çox cəhətlidir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən
maqnetizm tarazlığının pozulması, reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan
nəhəng raketlər, nüvə sınaqları, ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması və
yanğını nəticəsində yox olması və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur, nəticədə atmosfe-
rin strotosfer qatlarında qazların bir-biinə nisbəti pozulur. Müəyyən edilmişdir ki, ozon qatının dağılmasına
yüksəksəsli uçan cihazlar, təyyarələr və çoxsaylı kosmik aparatların uçuşlarının intensivləşməsi də səbəb olur.
NASA-nın məlumatına görə «Şattl» tipli bir kosmik gəminin buraxılışı 10 mln. tondan çox ozonu «söndürür».
Ümumiyyətlə, bu təsir növü planetin ozon qatının 10%-ni dağıda bilər.
1987-ci ildə 56 ölkənin hökumətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən
yaxın onillikdə ozon qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM)
istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci
ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Manrealda dayandırılması irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin
hallonları, tetraxlorid-karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə
atmağı xahiş etdilər.
1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona
endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının
dayandırılması üçün 1 milyon dollar ayırmışdır.
1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon
təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin
razılaşdırılmış gücü ilə həmin illər ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və istifadəsi 2
dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin
fikrincə bu iş davam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI əsrin
ortalarına qədər öz təbii halına düşəcək.
Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu
texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlamışlar: propan-butan
qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent - QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa»
soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.
Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin (ODM) istifadəsindən mərhələlər üzrə
çıxarılmasına dair Vyana konvensiyasını, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir.
Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırlamaq
197
üçün zavod tam hazırdır. Bu kompressorlar eyni zamanda «Çinar» İstehsal Birliyində müasir soyuducuların
hazırlanmasında istifadə ediləcəkdir.
Dostları ilə paylaş: |