Turş yağışlar və materiallar (əşyalar)
Turş yağışların ən nəzəri cəlb edən nəticələrindən biri arxitektur (memarlıq) binaların və incəsənət
əsərlərinin dağılmasıdır, bura əhəng daşından və ya mərmərdən hazırlanmış tarixi qiymətə malik olan emallar,
məmulatlar daxildir. Turşu ilə əhəng daşı arasında qarşılıqlı əlaqə olduqca tez aşınmağa və eroziyaya səbəb olur.
Qeyd etmək lazımdır ki, yüz və hətta min illərdən bəri cüzi dəyişilmiş abidələr və binalar indi turş yağışların
təsirindən ovulub dağılır. Yunanıstan və İtaliyada antik abidələrin saxlanması ciddi problemə çevrilmişdir. Bu,
ekosistemin buferlik tutumunun azalmasına bir işarədir. Mütəxəssislər alüminiumun və digər zəhərli
maddələrin, o cümlədən qurğuşunun turşulu yağışlarla həll olmasından da son dərəcə narahatlıq keçirirlər, belə
ki, turş yağışlar səth və qrunt sularının çirklənməsinə gətirib çıxara bilər.
Turş yağışların bir sıra konstruktiv materiallara təsiri ilbəil daha aydın görünür. Amerika mətbuatının
məlumatına görə turşulu yağışların təsirindən metallar sürətlə korroziyaya uğraması ilə əlaqədar ABŞ-da
təyyarələrin və körpülərin dağılmasına səbəb olur. Əsas zədələyici inqrediyentlər hidrogen kationu, kükürd-2-
oksid, azot oksidləri, həmçinin ozon, formaldehid və hidrogen peroksidi sayılır. Materialların dağılma intensiv-
liyi onun məsaməliyindən asılıdır, belə ki, xüsusi səth yüksək olduqca onun sorbsiya qabiliyyəti də artıq olur;
tikintinin konstruktiv xüsusiyyətindən asılı olaraq səthində müxtəlif oyuqlar olduqda onlar turşulu yağışların
toplayıcısı vəzifəsini görür; istismar şəraitindən: küləyin sürəti, temperatur, rütubətlik və s. asılı olaraq həyatda
üç qrup materiala daha çox diqqət yetirilir: metallardan – paslanmayan polad və sinklənmiş dəmirlərə; tikinti
materiallarından –binaların xarici konstruksiyası materialına və qoruyucu materiallara – boya, lak və səth örtüyü
polimerlərə. Yağıntı və qazların təsiri zamanı onların zədələyici təsiri metalların iştirakı ilə katalitik reaksiyanın
intensivliyi, həmçinin sinergizmdən, yəni bir maddənin (materialın) digərinə təsirini gücləndirmə
qabiliyyətindən asılıdır, bu zaman çox vaxt bərabər korroziya müşahidə olunur.
Avropa parlamentinin məlumatına görə turş yağıntıların törətdiyi iqtisadi ziyan ümumi milli məhsulun 4%-
ni təşkil edir. Turşulu yağışlarla uzunmüddətli pesrpektivdə mübarizə strategiyasını seçdikdə bunu nəzərə almaq
lazımdır.
Turş yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
- kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə
ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir.
- yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək; b) yanacaqdan kükürdü
kənarlaşdırmaq; v) tüstü bacasından çıxan kükürd və azot oksidini tutmaq (200-ə yaxın belə texnologiya
məlumdur) üzrə tədbirlər həyata keçirilməlidir.
- turş yağışlar problemi qlobal problem olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır. Buna
195
1983-cü ildə qüvvəyə minən Avropa Konvensiyasının protokolu misal ola bilər.
Dostları ilə paylaş: |