14.2. Turş yağışların ətraf mühitə təsiri
Atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsi turşulu
yağış adlanır. Turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və
metallurgiya zavodları tərəfindən atmosferə kükrd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş
yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas
diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş,
yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0 …. 14 arasını əhatə edir.
Ümumiyyətlə, turşuluğu (pH) 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması qəbul
edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid (SO
2
) tərəfindən törədilir, qalan üçdə birinə isə
azot oksidi (NO) səbəb olur. Bu oksidlər parnik (istilik) effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi
dumanın) tərkibinə daxil olur.
Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln. tondan artıq kükürd 2 oksid atılır, bu,
atmosferin nəmliyi ilə reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər
vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər.
Belə yağışlar göl və çayları «ölü»sü hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara - balıqdan
tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir.
Turş yağışların əsas yayıldığı vilayətlər sənaye rayonları sayılır (Şimali Amerika, Yaponiya, Koreya, Çin,
Rusiyanın sənaye şəhərləri), indiyə qədər məlum olan ən turş yağış Kanadada (pH=2,4) və ABŞ_ın Los-Anceles
şəhərində (pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda turşuluq mətbəx sirkəsi tündlüyünə,
yaxud limon şirəsi turşuluğuna bərabər olur.
Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının nazilməsi (dağılması) kimi dünya miqyaslı problem
yaratmasa da, onun çirkləndirici təsiri ölkənin hüdudlarından çox-çox kənarlara çıxır.
|