Şəkil 14.1. Turş yağışların baş verməsi səbəbləri və zərərli təsiri
Turş yağışlar və su hövzələri. Əksəriyyət çay və göllərdə suyun turşuluğu (pH) təbii halda 6 … 8 təşkil
edir. Turş yağışların su hövzələrinə (çay, göl, su anbarı) düşməsi prosesi bir çox mərhələlər keçir, onların hər
birində pH azala və arta bilər. Bütün canlılar pH-ın dəyişməsinə həssasdır. Odur ki, su hövzələrində turşuluğun
artması balıq təsərrüfatına dözülməz ziyan vurur.
Turş yağışlardan xüsusilə Kanada, Norveç, İsveç, Finlandiya, ABŞ-ın göllərində bioloji tarazlıq
pozulmuşdur. Belə ki, İsveçdə balıq yetişdirilən 15000 göl turş yağışların mənfi təsirinə məruz qalmışdır,
onlardan 4 min göldə canlı həyat əlaməti tamamilə itmişdir, Kanadada 14000 göldə turşuluq yüksəkdir, onlardan
4 mini «ölüdür», Norveçin cənub hissəsində göllərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir, burada
tədqiq olunan 5000 göldən 1750-də balıq yoxa çıxmışdır (Potapov, 2004), Kareliyanın göllərində qızılbalıq və
alabalığın ehtyiatı kəskin azalmışdır. İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı
aləm məhv edilmişdir. Göl ekosistemlərində suyun turşuluğunun (pH) yüksəlməsi yalnız balıq populyasiyalarını
deyil, həmçinin digər hidrobiontları da deqradasiyaya uğradır.
İsveç alimlərinin tədqiqatlarına əsasən pH=6 olduqda xərçəngkimilər, ilbizlər, molyusklar; pH=5,9 olduqda
qızılbalıq, çömçəbalığı, alabalıq; pH=5,8-də turşuluq çirklənməsinə həssas həşəratlar, fito və zooplanktonlar;
pH=5,6 olduqda – xarius (balıq) və alabalıq; pH=5,1 olduqda durna balığı və xanıbaluq; pH=4,5-də şimal
qızılbalığı və angvil məhv olur. pH-ın sonrakı azalması turşuluq çirklənməsinə rezistent (davamlı) həşəratlar və
bəzi nadir fito və zooplanktonlar qalır. Turş göllərdə ağ mamırın güclü inkişafı müşahidə olunur, bu isə həmin
su hövzəsinin bioloji ölü olmasını göstərir. Beləliklə, pH
<6,5 olduqda neqativ nəticə özünü göstərir, pH<5
olduqda isə «normal» həyat formaları dayanır.
5>
Dostları ilə paylaş: |