Holosenin iqlim şəraiti. Holosen iqlimin dəyişməsi tarixində nisbətən qısa bir epizod (hadisə) dördüncü
buzlaşmanın sonunda baş vermişdir. Bu vaxt ərzində iqlim şəraitində bir neçə nəzərə çarpacaq tərəddüdlər
olmuşdur.
Son vürum buzlaşması bizim dövrümüzdən 20 min il əvvəl baş vermiş, bir neçə min il ərzində bu
buzlaşma xeyli dərəcədə dağılmışdır. Ardıcıl (sonrakı) gələn epoxa şimal yarımkürəsinin mülayim və yüksək en
dairələrində nisbətən soyuq və rütubətli iqlimi ilə səciyyələnmişdir. Bizim dövrümüzdən təxminən 12 min il
əvvəl xeyli istiləşmə baş vermiş (Allered epoxası) və o, tezliklə soyuqlaşma ilə əvəz olunmuşdur.
Sonralar yenidən istiləşmə bərpa olunmuş və Avropa və Şimali Amerikada son iri buzlaşma, zamanımızdan
5-7 min il əvvəl yoxa çıxmışdır. Bu epoxada buzlaşmadan sonrakı istiləşmə maksimuma çatır. Güman edilir ki,
bizim dövrdən 6 və 7 min illər arasında şimal yarımkürəsində havanın temperaturu indikindən təxminən 1-3
0
artıq olmuşdur.
Bu zaman ehtimal ki, atmosfer dövranında müəyyən dəyişikliklər olmuşdur. Qütb buzlarının şimala doğru
yerləşməsi ilə bərabər, buzlaşma eyni zamanda subtropik qurşağın daha yüksək en dairələrinə keçmişdir, bu isə
Avropa, Asiya və Şimali Amerikanın bir sıra vilayətlərində quraqlıq zonanın genişlənməsinə gətirib çıxardı.
Eyni zamanda aşağı en dairələrinin müasir səhralarında yağıntıların miqdarı artdı. Həmin epoxada Saxaranın
iqlimi nisbətən rütubətli olmuş, bu isə burada zəngin flora və faunanın mövcudluğuna şərait yaratmışdır. Sonra-
lar soyuqlaşmaya doğru meyl üstünlük təşkil etmiş, bu hal, bizim eramızdan əvvəl birinci minillikdə xüsusilə
nəzərə çarpacaq dərəcədə olmuşdur.
Termik rejimin dəyişilməsi ilə yanaşı olaraq yağıntıların rejimi də dəyişərək müasir vəziyyətindəkinə
yaxınlaşmışdır.
Eramızın birinci minilliyinin sonu və ikinci minilliyin əvvəlində xeyli istiləşmə baş verir, bu vaxt qütb
buzları yüksək en dairələrinə doğru geri çəkilməyə başladı.
XIII əsrdən başlayaraq XVII əsrin başlanğıcında maksimuma çatan soyuqlaşma dağ buzlaqlarının
genişlənməsi ilə müşayiət olunur, bununla əlaqədar, bu dövr bəzən kiçik buzlaq epoxası adlandırılır. Sonralar
növbəti istiləşmə və buzlaqların geri çəkilməsi başlandı.
XVIII və XIX əsrlərin iqlim şəraiti müasir dövrünkündən nisbətən az fərqlənir.
Dostları ilə paylaş: |