xlorofil
2
2
6
12
6
2816kC
2
2
0
6H
6O
O
H
C
O
12H
6CO
+
+
⎯
⎯ →
⎯
+
Xlorfilin şüa enerjisindən və heyvanların görmə piqmentindən istifadə etmək qabiliyyəti olduqca yaxındır.
Odur ki, günəş şüalanmasının spektrində fotosintetik aktiv radiasiya (FAR) praktiki olaraq spektrin görünən
hissəsində 400-700 nm uzunluqda dalğanın diapazonuna uyğun gəlir. Bakterioxlorofilə malik olan bəzi
bakteriyalar spektrin uzundalğalı hissəsində işığı udma qabiliyyətinə malikdir (maksimum 800-1000 nm-lik
sahədə).
Yaşıl yarpaq onun üzərinə düşən şüa enerjisinin orta hesabla 75%-ni udur. Lakin onun fotosintezə istifadə
əmsalı yüksək olmayıb aşağı işıqlanma şəraitində 10%-ə qədər, yüksək ilıqlanmada isə cəmi 1-2% təşkil edir.
Qalan enerji istilik enerjisinə keçərək transpirasiyaya və başqa proseslərə sərf edilir.
Fotosintezin səviyyəsinə təsir göstərən mühüm xarici faktorlar – temperatur, işıq, karbon qazı və oksigen
hesab olunur. Bitkinin özünün səviyyəsində bu prosesə xlorofilin və suyun miqdarı xüsusilə yarpağın
anatomiyası, fermentlərin konsentrasiyası təsir göstərir. Mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az
şüaəksetdirmə qabiliyyətinə malikdir: kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir, bununla belə
nazik mezofit yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. İşıq rejimi şəraitinə tələbatına
görə bitkilər aşağıdakı ekoloji qruplara bölünür:
1. İşıqsevən bitkilər və ya heliofitlər – bura açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri
daxildir. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb
olunur. Meşə zonasında bu bitkilərə az təsadüf olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu,
günəbaxan, pambıq, qarğıdalı, kalış, şam ağacı, safora, akasiya, palıd, saqqızağac, dağdağan, badam,
məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir:
nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur.
Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətləridir.
2. Kölgəsevər bitkilər və ya ssiofitlərə – kölgəli meşələrin alt yarusunun, mağara və dərin suların bitkiləri
aiddir; bu bitkilər düz günəş şüalarının güclü işıqlanmasına pis tab gətirir. Şimal enliyarpaqlı və tünd
iynəyarpaqlı meşələrin sıx çətri cəmi 1-2% FAR keçirə bilərək onun spektral tərkibini dəyişir. Bu meşələrin
ssiofitlərindən yaşıl mamırları, adi dovşan kələmi, armudgülü və plaunu göstərmək olar. Ssiofitlər heliofitlərə
nisbətən yarpaqlarında az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da aşağıdır, bunlarda xlorofil də az
olur.
Kölgəsevən ağaclara küknar, ürəkyarpaq cökə, fıstıq, qaraçöhrə və b. göstərmək olar.
3. Kölgəyə davamlı bitkilər və ya fakultativ heliofitlər, bu və ya digər dərəcədə kölgələnməyə dözür,
işıqda da yaxşı bitir: bu bitkilər işıqlanma şəraitinin dəyişməsilə özünü dəyişdirə bilir. Bu qrupa bəzi çəmən
bitkiləri, meşəaltı otlar və kollar, meşə talalarında, kənarlarında, qırıntı sahələrində bitən bitkiləri aid etmək olar.
İşıq böyük siqnal əhəmiyyəti də daşıyaraq orqanizmlərin nizamlanma adaptasiyasına səbəb olur. Vaxta görə
orqanizmlərin aktiviliyini tənzimləyən ən etibarlı siqnallardan biri günün uzunluğu - fotodövr hesab olunur.
Dostları ilə paylaş: |